ABŞ prezidenti Ukrayna, Aİ, Venesuela və Qrenlandiyadan danışdı, bəzi etiraflar elədi: "Bilirsinizmi, biz o ölkədən nə qədər pul çıxarırıq?"

ABŞ prezidenti Ukrayna, Aİ, Venesuela və Qrenlandiyadan danışdı, bəzi etiraflar elədi: \"Bilirsinizmi, biz o ölkədən nə qədər pul çıxarırıq?\" 

GÜNDƏM

Bugün, 09:54

"Rusiya ilə Ukrayna arasındakı müharibə dünyada əsas böhrandır. Bilirsiniz, Bayden administrasiyası bu münqaşidə əsas rol oynayıb. Onlar hətta  ABŞ ordusunu ehtiyatını Ukraynaya pulsuz verdilər. Biz isə ABŞ ordusunu yenidən qurduq. O ordunun ki, keçmiş prezident Co Bayden onun resursunun böyük bir hissəsini Ukraynaya vermişdir".

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu sölzəri ABŞ prezidenti Donald Tramp deyib.

Tramp bildirib ki, "indi onu dinləməyən" Ukrayna məhz Amerikanın dəstəyi ilə ayaqda qalıb: "Bayden onlara çox şey verdi. Heç birinin də əvəzi geri ödənilmədi. Halbuki onlar ödəməli idilər. Ancaq mən gəldim və Ukraynaya etdiyimiz yardımın pulunu Avropa Birliyindən tələb etdim. Bu, belə də olmalıydı".

Tramp daha sonra bu ili yanvar ayında qaçırdıqları Venesuelanın prezidenti Madurov və xanımından sonra həmin ölkə ilə münasibətdən danışıb. O, açıq etiraf edib ki,  Venesualanın gəlirinə şərik olublar: "Bilirsinizmi, biz Venesueladan nə qədər pul çıxarırıq? Venesueladan yüz milyardlarla dollar çıxarırıq. Venesuela, Qrenlandiyadakı uğurlar,  nüvə silahına malik olmayan İran, ölkəmizdə iş imkanları, hər şey və iki ildən daha qısa müddətdə baş verib. Bu, Amerika  ölkəmizin tarixində olmayan qısa müddətlik nailiyyətlərdir".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR