Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb

Azərbaycan İraqdan \"Aİ-92\" markalı benzin tədarük etməyə başlayıb

İQTİSADİYYAT

Bugün, 17:27

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4,45 milyon ABŞ dolları dəyərində 5 min 484 ton "Aİ-92" markalı avtomobil benzini ixrac edib.

 Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 15 % azdır.

Azərbaycan Gürcüstana 2,77 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,4 dəfə artıb) 3 min 414 ton (+3 dəfə) və Ermənistana 1,59 milyon ABŞ dolları dəyərində 1 min 951 ton (1 il əvvəl tədarük olmayıb) və Tacikistana 95,7 min ABŞ dolları dəyərində 119,7 ton (1 il əvvəl tədarük olmayıb) benzin satıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tacikistana tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycan 2,89 milyon ABŞ dolları dəyərində (-95,5 %) 3 min 919 ton (-95,3 %) "Aİ-92" benzini idxal edib.

Azərbaycan Rusiyadan 2,56 milyon ABŞ dolları dəyərində (-94,7 %) 3 min 414 ton (-94,6 %) və İraqdan 328,3 min ABŞ dolları dəyərində 505,1 ton benzin alıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İraqdan tədarük həyata keçirilib/Report

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR