Azərbaycanın Baş prokurorluğu türkiyəli jurnalisti axtarışa verdi - Bu səbəbə görə (FOTO)
PRESS
Bugün, 15:02
Azərbaycanın Baş prokurorluğu "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, Türkiyə vətəndaşı Celal Çiftçinin Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi çağırış etməkdə, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması faktları üzrə cinayət işi açıb, onun barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib və C. Çiftçi beynəlxalq axtarışa elan edilib.
Baş Prokurorluqdan Mia.az-a daxil olan məlumatlara əsasən, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən 1975-ci il təvəllüdlü, "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, Türkiyə vətəndaşı Celal Çiftçi tərəfindən Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması faktları üzrə Baş Prokurorluğa daxil olmuş məlumatlar əsasında araşdırmalar aparılıb.
Bildirilib ki, araşdırma zamanı Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 saylı qərarından sonra Azərbaycanda hakimiyyətin çevriliş və zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınması və təşviqinə yönələn dini radikalizm məzmunlu, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış materialların təkrar yayılması, eləcə də radikal məzmunlu müxtəlif başlıqlar altında təkrar çağırışların edilməsi müəyyən olunub.
Toplanmış materiallar əsasında Baş prokuror tərəfindən 16 oktyabr 2026-cı il tarixdə Cinayət Məcəlləsinin 281.2 (Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Celal Çiftçi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib. Hazırda onun və digər şəxslərin barəsində müvafiq istintaq hərəkətlərinin aparılması məqsədilə Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilir, eləcə də beynəlxalq əməkdaşlıq mexanizmləri çərçivəsində digər zəruri tədbirlər həyata keçirilir.
İbtidai istintaq çərçivəsində qeyd olunan məlumatların, habelə, bu xarakterli digər materialların məzmununun, hazırlanma və yayılma hallarının, eləcə də iş üçün əhəmiyyətli digər halların obyektiv, tam və hərtərəfli araşdırılması, əməllərə hüquqi qiymət verilməsi və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.
Baş Prokurorluq dini dözümlülüyün, qarşılıqlı hörmətin və ictimai həmrəyliyin qorunması naminə hər kəsi dini zəmində nifrət və düşmənçiliyi təşviq edən məzmunun yayılmasından çəkinməyə, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə riayət etməyə çağırır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
YAP Veteranlar Şurasında sədr və müavini yenidən seçildi
Bugün, 17:03 SİYASƏT
-
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və..." - Sərəncam imzalandı
Bugün, 17:03 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:02 İQTİSADİYYAT
-
Taleh Məmmədovun cinayət işi məhkəməyə göndərilib
Bugün, 16:17 KRİMİNAL
-
Haradan haraya - Türkiyəyə universitetdə oxumağa gəldi, indisə dünya ondan danışır
Bugün, 16:08 İDMAN
-
“Bakı və İrəvan anklavları dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişdirməlidir” - PAŞİNYANIN YENİ MESAJLAIRNA SÖZARDI (TƏHLİL)
Bugün, 15:51 SİYASƏT
-
Son üç seçkini dəqiq proqnozlaşdıran mərkəzdən sorğu - "Bu bazar seçki olsa, hansı partiyaya səs verərsiniz?"
Bugün, 15:29 SİYASƏT
-
İsrail ordusu Livanın cənubunu bombalayıb
Bugün, 15:22 DÜNYA
-
Bu komandalara texniki məğlubiyyət verildi
Bugün, 15:05 İDMAN
-
Azərbaycanın Baş prokurorluğu türkiyəli jurnalisti axtarışa verdi - Bu səbəbə görə (FOTO)
Bugün, 15:02 PRESS
-
Qazaxıstanda 1500 illik məzardan nələr çxmadı ki? - Qızıl ayaqqabılar, kəmər... + FOTOLAR
Bugün, 14:47 MƏDƏNİYYƏT
-
Hülya Avşar "Qanlı Nigar" rolunu oynayacaq: "Xaraktercə yaxınıq"
Bugün, 14:26 MƏDƏNİYYƏT
-
Azercell-dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan
Bugün, 14:22 İQTİSADİYYAT
-
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə müzakirə aparıb
Bugün, 14:10 SİYASƏT
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istəyiblər
Bugün, 13:59 KRİMİNAL
-
Yunanıstanda şok hadisə - Əsgər kəmərdən 300.000 litr neft oğurlayıb və...
Bugün, 13:25 DÜNYA
-
Nigar Biləndərli vəzifədən gedib
Bugün, 13:16 İQTİSADİYYAT
-
Vəkillər Kollegiyasında yeni hakimlər təltif olunub
Bugün, 13:10 CƏMİYYƏT
-
İran ordusu: "Bu günə qədər heç bir düşmən gəmisi Oman körfəzinə girməyə cəsarət etməyib"
Bugün, 13:00 DÜNYA
-
ONLARA "TƏRƏQQİ" MEDALI VERİLDİ - Sərəncam
Bugün, 12:46 GÜNDƏM
-
Prezident İlham Əliyev Hindistanın yeni səfirini qəbul edib - FOTOLAR
Bugün, 12:43 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:43 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi - FOTOLAR
Bugün, 12:37 GÜNDƏM
-
“Peton Holding”in sahibini şantaj edənlərin məhkəməsi davam edir
Bugün, 12:18 KRİMİNAL
-
Rəşad Məcid şura sədrliyindən getdi, yerinə dekan gəldi - Açıqlamalar (YENİLƏNİB)
Bugün, 12:09 PRESS
-
Zahid Oruc Milli Məclisdə: ”Süni intellekt dövlət qulluqçusunu əvəz edə bilməz”
Bugün, 11:51 SİYASƏT
-
Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir - Yeni layihə qəbul edildi
Bugün, 11:38 İQTİSADİYYAT
-
Dövlət qulluğuna işəqəbul, qulluq stajı, ixtisas dərəcələri, sınaq müddəti... - "Dövlət qulluğu haqqında" Qanun dəyişir
Bugün, 11:31 GÜNDƏM
-
Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qaydalar dəyişir - NƏLƏR OLACAQ?
Bugün, 11:14 İQTİSADİYYAT
-
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb
Bugün, 11:09 GÜNDƏM
-
Tramp Zelenskiyə sərt mesaj verdi: "Bu, rüsvayçılıqdır! Vurulacaq çoxlu başqa yer var" - "Səndənsə, Putinlə işləmək daha asan və yaxşıdır"
Bugün, 10:59 GÜNDƏM
-
Milli Məclisin deputatı 9 dəfə yol hərəkəti qaydasını pozub - İş məhkəməyə qədər uzanıb
Bugün, 10:50 CƏMİYYƏT
-
3 mindən 30 mindək toya gedən müğənnilər nə qədər vergi ödəyir? - Açıqlama
Bugün, 10:31 MƏDƏNİYYƏT
-
Jurnalistlər Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Bugün, 10:27 PRESS