Qazaxıstanda 1500 illik məzardan nələr çxmadı ki? - Qızıl ayaqqabılar, kəmər... + FOTOLAR

Qazaxıstanda 1500 illik məzardan nələr çxmadı ki? - Qızıl ayaqqabılar, kəmər... + FOTOLAR

MƏDƏNİYYƏT

Bugün, 14:47

Qazaxıstanda 1500 illik məzarda qiymətli əşyalar tapılıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, Qazaxıstanın qərbindəki Manqışlak yarımadasında, Aktau şəhəri yaxınlığındakı Karakabak qəbiristanlığında təxminən 1500 il yaşı olan gənc bir qadının məzarı aşkarlanaraq açılıb.

Tədqiqatçılar Andrey Astafyev və Yevgeni Boqdanovun rəhbərliyi altına kəşf olunan məzarlıqda açılan qəbrdən aşkarlanan qadının ayaqlarında qızıldan hazırlanmış ayaqqabılar, kəmər, kartalabənzər quş, sikkələr və digər əşyalar tapılıb: "Bu məzarın tarixi eramızın V əsrinin ikinci yarısı ilə VI əsrinin birinci yarısına aid olduğu müəyyən olunub. Ümumiyyətlə, Karakabak qazıntılarında Parfiya, Xorazm, Soqdiya, Sasani, Bizans və Çin sivilizasiyaları ilə əlaqəli 150-dən çox qədim sikkə tapılıb. Bu sikkələr yaşayış məntəqəsinin təxminən 1500 il əvvələ aid geniş ticarət şəbəkəsində istifadə olunmasına dair tarixi iddialar var"

Ləman

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR