Mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı

img

20-10-2014 [12:26]


AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səid Hüseynov tutduğu vəzifədən azad edilib.

 

AMEA-nın Rəyasət Heyətinin oktyabrın 15-də keçirilən iclasında qəbul olunmuş qərarla İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi yaradılıb.

 

Şöbənin rəhbəri Səid Hüseynov tutduğu vəzifədən azad edilib və işləmək üçün Geologiya İnstitutuna göndərilib.

 

Mia.az axar.az-a istinadən xəbər verir ki, yeni yaradılmış idarəyə Zülfüqar Fərzəliyev təyin olunub.

 

Zülfüqar Fərzəliyev bundan öncə "Elm" qəzeti və "Elm və həyat" jurnalının baş redaktoru vəzifəsini icra edib.

 

Qeyd edək ki, işdən çıxarılan Səid Hüseynov bu vəzifəyə ötən ilin iyununda təyin edilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA