Tramp Zelenskiyə sərt mesaj verdi: "Bu, rüsvayçılıqdır! Vurulacaq çoxlu başqa yer var" - "Səndənsə, Putinlə işləmək daha asan və yaxşıdır"

Tramp Zelenskiyə sərt mesaj verdi: \"Bu, rüsvayçılıqdır! Vurulacaq çoxlu başqa yer var\" - \"Səndənsə, Putinlə işləmək daha asan və yaxşıdır\"

GÜNDƏM

Bugün, 10:59

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Londondakı müsahibəsindəki fikirlərinə və Rusiya neft zavodlarına son hücuma çox sərt reaksiya verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Ukraynanın Rusiya neft emalı zavodlarına yenidən hücum etməsini kəskin formada qınayıb və bunu  "utancverici" adlandırıb.

"Newsmax"a danışan Tramp bildirib ki, Zelenskinin bu hərəkəti dünyada yanacaq qiymətlərinin artmasına təsir edir: "Bu, rüsvayçılıqdır! Hədəf götürüləcək çoxlu başqa yer var. Zelensknin sanki tək dərdi yanacağın qiymətinin bahalaşmasına çalışmaqdır. Bəli, səndənsə, Putinlə işləmək daha asan və yaxşıdır".

Xatırladaq ki, Ukrayna ordusu ötən gün Rusiyanın Ryazan bölgəsindəki neft emalı zavoduna dron hücumu eidb.

Bu, Trampın bazar günü Moskva və Kiyevin enerji barışığı barədə razılığa gəldiyini elan etməsindən bəri Rusiya enerji obyektinə ilk hücumdur. Dünən Zelenski də Trampın davranışını sərt tənqdi edərək, Rusiyaya hücumu davamlı olacağını  demişdi.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR