Prezident onları da qəbul etdi - FOTOLAR (Yenilənib)
GÜNDƏM
Bugün, 19:31
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib.
Mia.az xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə görə minnətdarlığını bildirən qonaq bu mötəbər tədbirin Bakıda keçirilməsi, həmçinin Azərbaycanın uğurlu sədrliyi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Zirvə Görüşünün iştirakçı ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın AQEM-ə sədrliyi ilə əlaqədar qərarı dəstəklədikləri üçün üzv ölkələrə, həmçinin Şri-Lankaya təşəkkürünü bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu, ölkəmizin təşkilata uğurlu sədrliyinin, həmçinin Azərbaycana olan hörmət və etimadın göstəricisidir.
Azərbaycan Prezidenti Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirinin ölkəmizə səfərinin, eyni zamanda, ikitərəfli əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün də yaxşı imkan yaratdığını dedi.
Vicita Herat son təbii fəlakətlər zamanı ölkəmizin Şri-Lankaya göstərdiyi humanitar yardıma görə minnətdarlığını ifadə etdi.
Görüşdə Azərbaycanın və Şri-Lankanın beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və AQEM çərçivəsində yaxşı əməkdaşlığının olduğu vurğulandı.
Siyasi əlaqələrin səviyyəsinə uyğun olaraq iqtisadiyyat, ticarət, turizm sahələrində də münasibətlərimizin genişləndirilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparıldı. Şri-Lankadan olan tələbələrin Azərbaycanda təhsil aldıqları qeyd edilərək, bu sahədə əməkdaşlığın perspektivləri müzakirə olundu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib.
Mia.az xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırdı və qeyd etdi ki, Kral Azərbaycanla münasibətlərə böyük önəm verir.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Bəhreyn Kralına çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin və yüksəksəviyyəli tərəfdaşlığın olduğunu dedi.
Prezident İlham Əliyev Bəhreyn Krallığının xarici işlər nazirinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin müxtəlif aspektlərini müzakirə etmək üçün də yaxşı imkan yaratdığını vurğuladı.
Qonaq ölkəmizin AQEM-ə sədrliyinin uzadılması ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırdı, Azərbaycanın bu təşkilata yüksək səviyyədə sədrlik etdiyini dedi.
Görüşdə Azərbaycanla Bəhreyn arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.
***
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan ilə görüşüblər.
Mia.az xəbər verir ki, dövlət başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçiriləcək Zirvə Görüşündə iştirakına görə minnətdarlığını bildirdi, bu səfərin, eyni zamanda, gündəlikdə duran ikitərəfli məsələlərin müzakirəsi üçün imkan yaratdığını dedi.
Özünün Vyetnama, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə Azərbaycana səfərini xatırladan Prezident İlham Əliyev bu səfərlər zamanı aparılmış müzakirələrin əhəmiyyətini qeyd etdi, əlaqələrimizin strateji tərəfdaşlıq mahiyyəti daşıdığını bir daha vurğuladı.
Azərbaycan Prezidenti ölkəmizin AQEM-də sədrliyinin müddətinin uzadılmasına göstərdiyi dəstəyə görə Vyetnama minnətdarlığını ifadə etdi.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qəbula görə təşəkkür edən qonaq ölkəmizə daha əvvəlki səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı.
Vitse-prezident Vo Thi An Suan Azərbaycanın əldə etdiyi nailiyyətlər, həmçinin AQEM-ə uğurla sədrliyi və bu qurumun Zirvə Görüşünün Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. O qeyd etdi ki, ölkəsi Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir.
Azərbaycanla Vyetnam arasında tarixi əlaqələri qeyd edən qonaq Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin ölkəmizə səfəri zamanı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının əlaqələrimizin yeni səviyyəyə çatdırılmasında mühüm rol oynadığını bildirdi.
Vyetnam Sosialist Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana, Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyində olduğu zaman Vyetnama, həmçinin dövlətimizin başçısının bu ölkəyə səfərləri məmnunluqla xatırlandı, bu tarixi irsin Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında mühüm rol oynadığı qeyd edildi.
Qonaq Vyetnamın azadlıq mübarizəsindən sonra bu ölkənin inkişafında, həmçinin energetika sektorunun bərpasında, kadr potensialının hazırlanmasında vaxtilə Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini deyərək, bunun ölkələrimiz arasında əməkdaşlıq üçün yaxşı tarixi ənənə və əsas yaratdığını qeyd etdi. O, həmçinin sovet dövründə minlərlə vyetnamlı tələbənin Azərbaycanda təhsil aldığını məmnunluqla xatırladı.
Görüşdə Azərbaycan və Vyetnamın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı qeyd edildi, siyasi əlaqələrimizin ruhuna uyğun olaraq iqtisadi, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, turizm, sərmayələr, azad viza rejiminin tətbiqi sahələrində tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Energetika sahəsində əməkdaşlığa toxunularaq, SOCAR ilə "PetroVyetnam" arasında Anlaşma Memorandumunun imzalandığı və bundan irəli gələrək tərəfdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu.
Qonaq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və mədəni layihələrə görə təşəkkürünü bildirdi, Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfərini məmnunluqla xatırladı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İraq Baş naziri orduya əmr verdi: "Müharibəyə hazır olun"
Bugün, 20:38 DÜNYA
-
Qətər Dövlətinin Əmiri Azərbaycana gəlib
Bugün, 20:07 GÜNDƏM
-
Müğənni 91 yaşında vəfat etdi
Bugün, 19:46 MƏDƏNİYYƏT
-
İstanbulda hava pisləşdi: ev, iş yerləri və maşınlar su altında qaldı - Məktəblərdə dərslər dayandırıldı
Bugün, 19:46 GÜNDƏM
-
Prezident onları da qəbul etdi - FOTOLAR (Yenilənib)
Bugün, 19:31 GÜNDƏM
-
İsrail Prezidenti Azərbaycanda - İlham Əliyevlə görüş oldu + FOTOLAR (YENİLƏNİB)
Bugün, 19:09 GÜNDƏM
-
Prezident İlham Əliyev ÇİN XİN başçısını qəbul etdi - Nələr müzakirə olunub? + FOTOLAR
Bugün, 18:53 GÜNDƏM
-
ABŞ İranın iddiasını rədd etdi
Bugün, 17:56 DÜNYA
-
Azərbaycanda jurnalistlər hədəfdə: guya DTX-dən zəng gələcək və... - Qanunsuz tələblərə inanmayın!
Bugün, 17:51 GÜNDƏM
-
Saleh Səmədov azad olunur? - "Oğlu dövlətə vurduğu ziyanı tam ödəyib"
Bugün, 17:45 SİYASƏT
-
DOST Mərkəzlərinə yeni təyinatlar olub
Bugün, 17:43 CƏMİYYƏT
-
Bakıda keçmiş məmurun kürəkəni həbs olunub
Bugün, 17:29 KRİMİNAL
-
AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib
Bugün, 17:22 SİYASƏT
-
Tokayev də Bakıya gəldi
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
ƏRDOĞANIN SİYASİ ORTAĞINDAN AZƏRBAYCANA TAM DƏSTƏK GƏLDİ: "Qardaşlığa zərər vurmağa çalışanların qarşısındayıq" - Əliyevlə Ərdoğan oktyabrın sonunda görüşəcək?
Bugün, 16:52 SİYASƏT
-
Lavrov Bakıya gəldi (Yenilənib)
Bugün, 16:44 GÜNDƏM
-
Türkiyədə yaşayan azərbaycanlı aktrisa tərəfini seçdi: "Bizim öz milli dəyərlərimiz var"
Bugün, 15:54 MƏDƏNİYYƏT
-
"Rusiya hücum edəcək qədər axmaqdırsa..." - BAŞ KATİBDƏN XƏBƏRDARLIQ
Bugün, 15:40 DÜNYA
-
NATO: "Moskva Avropaya qarşı "kölgə müharibəsi" aparır" - "Rusiya yaxşı vəziyyətdə deyil"
Bugün, 15:37 DÜNYA
-
Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb
Bugün, 15:11 SİYASƏT
-
Türkiyə parlamentində şok olay - Deputatlar gözlərini və ağızlarını bağladı + FOTO
Bugün, 14:58 SİYASƏT
-
Babək başlatdı, Atatürk bitirdi: Ankaradan Azərbaycana hökm verən “imam” kimdir? - TƏHLİL
Bugün, 14:46 SİYASƏT
-
AB Ukraynaya 2,86 milyard avro yardım paketi ayırdı
Bugün, 14:37 DÜNYA
-
ABŞ Prezidenti: "Gözləyin və görün İrana nə edəcəyik"
Bugün, 14:30 GÜNDƏM
-
Hakan Fidan Bakıya gəlir
Bugün, 14:25 GÜNDƏM
-
Penitensiar Xidmətdə gözlənilməz əməliyyat - Kadrlar İdarəsinin sabiq rəisi saxlanıldı (YENİLƏNİB)
Bugün, 14:16 CƏMİYYƏT
-
"Əgər mənzil qiymətləri gəlirlərlə müqayisədə daha sürətlə yüksəlirsə..." - Ekspertdən mənzil və kirayə bazarı ilə bağlı mühüm açıqlamalar (MÜSAHİBƏ)
Bugün, 14:10 İQTİSADİYYAT
-
Vyetnamın Vitse-prezidenti Azərbaycana gəlib
Bugün, 13:58 GÜNDƏM
-
Rəsmi Bakı Fransa XİN başçısına cavab verdi: "...daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırırıq"
Bugün, 13:54 SİYASƏT
-
"İranın "Səhər" telekanalı Diyarbakırdəki tədbirə aid görüntüləri..." - MEDİA DAHA BİR BƏYANAT YAYDI
Bugün, 13:03 SİYASƏT
-
Sabahln hava proqnozu açıqlandı
Bugün, 12:54 CƏMİYYƏT
-
Azərbaycanda kartdan-karta pul köçürmələrində pul tutulacaq - Yeni xidmət haqqı tarifləri + SİYAHI
Bugün, 12:53 İQTİSADİYYAT
-
Jurnalistlərin IX qurultayı burada keçiriləcək
Bugün, 12:37 PRESS