ZELENSKİ LONDONDAN TRAMPA "TOP ATDI": "Özümü xəyanətə uğramış hiss edirəm" - "Ölkəmiz biznes mövzusu deyil, Ukraynanı satmayacağıq!"

ZELENSKİ LONDONDAN TRAMPA \"TOP ATDI\": \"Özümü xəyanətə uğramış hiss edirəm\" - \"Ölkəmiz biznes mövzusu deyil, Ukraynanı satmayacağıq!\"

GÜNDƏM

Bugün, 01:08

"ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə dizel anlaşaması və daha sonra sanksiyanı ləğv etmısindən sonra özümü xəyanətə uğramış hiss edirəm. Prezident Trampın bizim tərəfimizi deyil, digər tərəfi seçməsi ağrılıdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Londonda Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə görüşündən əvvəl  britaniyalı jurnalist Piers Morqana müsahibəsində deyib.

O, jurnalistin "xəyanət"lə bağlı sualına cavabda bildirib ki, Trampın bu qərarından sonra vəziyət çox mürəkkəbləşib: "Bəli, vəziyyət bir az daha mürəkkəbdir. Bu, məndən asılı deyil, biz ölkəmizi qorumaq, onu yaşatmaq üçün savaşırıq. Belə bir anda Trampın Rusiyanın dizel yanacağı ilə bağlı qərarı kədərli oldu. Təəssüf ki, bu qərarla Ukrayna güclü tərəfdaşını itirir. Biz bundan sonra da yaşamaq üçün güclü olmalıyıq. Zəif ola bilmərik, əks halda yaşaya bilmərik. Ölkəmizi satmayacağıq! Ukrayna ticarət mövzusu deyil. Bizim üçün bu, biznes məsələsi deyil, həyatımızdır! Bu, bizim ölkəmiz, bədənimiz, evimiz və uşaqlarımızdır. Bu, bizim Vətənimizdir. Prezident Tramp heç olmasa neytral qalmalı idi. Görünür, Trampın köməkçiləri də yanlış düşünürlər. Bu isə tarixin doğru tərəfi deyil."

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR