ABŞ NƏHƏNG DRON SAVAŞINA HAZIRLAŞIR: "1,5 trilyon dollarlıq müasir komandanlıq yaradılıb" - "İran və Ukrayna müharibəsi bizə təcrübə qazandırır"

ABŞ NƏHƏNG DRON SAVAŞINA HAZIRLAŞIR: \"1,5 trilyon dollarlıq müasir komandanlıq yaradılıb\" - \"İran və Ukrayna müharibəsi bizə təcrübə qazandırır\"

GÜNDƏM

Bugün, 00:17

"Bizə "muxtar müharibə" komandanlığı lazımdır".

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu sözləri ABŞ Müdafiə naziri Heqset Vaşinqtonda ABŞ Ordusu Assosiasiyasının (AUSA) illik iclası çərçivəsində keçirilən paneldə deyib.

O, müasir müharibərdəki yeni texnologiyaların üstünlüyündən söz açaraq bildirib ki,  ABŞ ordusunda "Muxtar müharibə" kod adlı PUA texnologiyası üçün yeni vahid komandanlıq yaradılıb:

"Bura Silahlı Qüvvələrinə robot imkanları, süni intellekt və milyonlarla PUA inteqrasiya olunacaq. Bu məqsədlə 1,5 trilyon dollarlıq hərbi büdcə nəzərdə tutulub. Bunun 54-74 milyard dolları xüsusi olaraq PUA və əks-PUA texnologiyasına ayrılıb".

Heqset ad çəkmədən Çin ordusunun muxtar texnologiyalara yatırdığı investisiyaya işarə edərək çıxışına belə davam edib: "Biz dünya tarixində ən böyük hərbi quruculuğu həyata keçirən bir rəqiblə üz-üzəyik. Bu, şişirtmə deyil. Bu, sadəcə obyektiv bir faktdır."

ABŞ Müdafiə naziri bildirib ki, ordu üçün muxtar texnologiyalar hazırlayarkən, Rusiya-Ukrayna müharibəsində və İrana qarşı əməliyyatlarda qazandıqları təcrübədən istifadə edirlər: "Bu, fərqli bir döyüş mühitidir. Ukraynadan çox şey öyrəndik. Amma Çin istehsalı olan çoxlu komponentlər həmin müharibədə yer aldığından Ukraynadan hər şeyi eyni anda sınaqdan çıxarmaq mümkün deyil. Unutmayaq ki, rəqibimiz dronların dominantlığı istiqamətində tədqiqatlar üçün 1 milyard dollar maliyyə ayırıblar".

Nazir iddia edib ki, o,  vəzifəyə başlayanda Müdafiə Nazirliyində kamikadze sistemləri ilə bağlı heç bir proqram yox idi: "İndisə vəziyyət dəyişib..."

Yeri gəlmişkən, Hegsetin çıxışı zalda olan qəzzalı etirazçılar tərəfindən dəfələrlə kəsilib, onlar müharibə əleyhinə şüarlar səsləndiriblər.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR