SOCAR-da növbəti dəyişiklik - Təyinat + FOTO

SOCAR-da növbəti dəyişiklik - Təyinat + FOTO

CƏMİYYƏT

14.10.2026, 20:18

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.

Bununla bağlı SOCAR prezidenti Rövşən Nəcəf əmr imzalayıb.

Əmrlə Orxan Talıbzadə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Büdcə və Planlaşdırma Departamentinin Planlaşdırma şöbəsinin müdiri təyin olunub.

O, bundan əvvəl “PashaPay”da büdcə və maliyyə modelləri üzrə şöbə rəhbəri vəzifəsində çalışıb.

O. Talıbzadə 1994-cü ildə anadan olub. Azərbaycan Kooperasiya Universitetində Maliyyə ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura, Böyük Britaniyanın London Universitetində (University of London), London Universitet Kollecinin (University College London – UCL) akademik istiqaməti üzrə isə Peşəkar mühasibatlıq (Professional Accountancy) ixtisası üzrə magistratura təhsili alıb.

O, VI "Yüksəliş" müsabiqəsinin finalçılarından biridir./Yurd.Media/

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR