"Qalatasaray"ın alman ulduzu sükutu pozdu: "Bu çətin günlərin öhdəsindən gələcəyik"

\"Qalatasaray\"ın alman ulduzu sükutu pozdu: \"Bu çətin günlərin öhdəsindən gələcəyik\"

İDMAN

Bugün, 00:12

"Qalatasaray"ın "Barselona"ya 4-1 hesablı məğlubiyyətindən sonra "topa tutulan"  Leroy Sane, nəhayət, sükutu pozub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son 9 matçda qol ata bilməyən və məhsuldar ötürmə etməyən alman ulduz azarkeşlərə "səbirli olun" mesajı göndərib.

Sane azarkeşlərə xitabən bildirib ki, əvvəlki performansını bərpa etmək üçün inadla çalışır: "Yaxşı və pis günlərdə bir-birimizin yanındayıq. Ən yaxşı formama qayıtmaq və layiq olduğunuz performansı göstərmək üçün hər gün çox çalışıram. Dünən və ilk gündən dəstəyiniz üçün təşəkkür edirəm. Birlikdə bu çətin günlərin öhdəsindən gələcəyik".

Fərid ASLAN

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR