Prezident İlham Əliyev ÇİN XİN başçısını qəbul etdi - Nələr müzakirə olunub? + FOTOLAR
GÜNDƏM
Bugün, 18:53
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yini qəbul edib.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərini, bu əsnada Sədr Si Cinpinlə görüşlərini, həmçinin səfər çərçivəsində ölkələrimizin strateji tərəfdaşlığına dair Birgə Bəyanatın qəbul edilməsini məmnunluqla xatırladı və qeyd etdi ki, bununla da əlaqələrimiz yeni səviyyəyə qalxıb.
Qonaq daha əvvəllər ölkəmizə səfərini və dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayaraq, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sədr Si Cinpinə çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyevin Çinə səfəri zamanı Azərbaycanla Çinin strateji tərəfdaşlığına dair qəbul edilmiş Birgə Bəyanatın əhəmiyyətinə toxunan Vanq Yin vurğuladı ki, Çin Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaşıdır.
Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığı deyən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin uğurlu və dinamik inkişafını qeyd etdi, bütün bunlara Azərbaycanın yaxın dostu kimi Çinin səmimi-qəlbdən sevindiyini bildirdi.
Qonaq Çinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd etdi, ölkəmizin beynəlxalq və regional məsələlərdə artan rolunu xüsusi vurğuladı.
O, Azərbaycanın AQEM-də sədrliyi, həmçinin ölkəmizin bu təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırdı.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev öz növbəsində Çinin dinamik inkişafını qeyd edərək, bu ölkənin Qlobal Cənubun maraqlarını təmsil etməsinin və davamlı inkişafa verdiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.
Dövlətimizin başçısı ölkəmizin "Vahid Çin" siyasətini daim dəstəklədiyini vurğuladı.
Prezident İlham Əliyev, həmçinin "Bir kəmər, bir yol" layihəsinin önəmini qeyd etdi və Azərbaycanın buna dəstək verən ilk ölkələrdən biri olduğunu xatırladı.
Orta Dəhlizin dinamik inkişaf etdiyini deyən dövlətimizin başçısı bu xüsusda Azərbaycanla Çin arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirdi.
Qonaq Azərbaycanın Orta Dəhlizdə mühüm mövqeyə malik dövlət olduğunu vurğuladı.
Prezident İlham Əliyev dedi ki, hazırda iqtisadi-ticari əlaqələrimiz də siyasi əlaqələrin ruhuna uyğun olaraq fəal inkişaf edir. Bu xüsusda dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycanda müxtəlif investisiya layihələrində yaxından iştirakını qeyd etdi.
Söhbət zamanı bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunuldu, ölkələrimizin separatizm, ekstremizm və radikalizmə qarşı mübarizədə əməkdaşlıq etdiyi vurğulandı.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azercell-in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək
Bugün, 20:51 İDMAN
-
Azərbaycan və Özbəkistan prezidentləri görüşüb - FOTO
Bugün, 20:43 GÜNDƏM
-
İraq Baş naziri orduya əmr verdi: "Müharibəyə hazır olun"
Bugün, 20:38 DÜNYA
-
Qətər Dövlətinin Əmiri Azərbaycana gəlib
Bugün, 20:07 GÜNDƏM
-
Müğənni 91 yaşında vəfat etdi
Bugün, 19:46 MƏDƏNİYYƏT
-
İstanbulda hava pisləşdi: ev, iş yerləri və maşınlar su altında qaldı - Məktəblərdə dərslər dayandırıldı
Bugün, 19:46 GÜNDƏM
-
Prezident onları da qəbul etdi - FOTOLAR (Yenilənib)
Bugün, 19:31 GÜNDƏM
-
İsrail Prezidenti Azərbaycanda - İlham Əliyevlə görüş oldu + FOTOLAR (YENİLƏNİB)
Bugün, 19:09 GÜNDƏM
-
Prezident İlham Əliyev ÇİN XİN başçısını qəbul etdi - Nələr müzakirə olunub? + FOTOLAR
Bugün, 18:53 GÜNDƏM
-
ABŞ İranın iddiasını rədd etdi
Bugün, 17:56 DÜNYA
-
Azərbaycanda jurnalistlər hədəfdə: guya DTX-dən zəng gələcək və... - Qanunsuz tələblərə inanmayın!
Bugün, 17:51 GÜNDƏM
-
Saleh Səmədov azad olunur? - "Oğlu dövlətə vurduğu ziyanı tam ödəyib"
Bugün, 17:45 SİYASƏT
-
DOST Mərkəzlərinə yeni təyinatlar olub
Bugün, 17:43 CƏMİYYƏT
-
Bakıda keçmiş məmurun kürəkəni həbs olunub
Bugün, 17:29 KRİMİNAL
-
AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib
Bugün, 17:22 SİYASƏT
-
Tokayev də Bakıya gəldi
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
ƏRDOĞANIN SİYASİ ORTAĞINDAN AZƏRBAYCANA TAM DƏSTƏK GƏLDİ: "Qardaşlığa zərər vurmağa çalışanların qarşısındayıq" - Əliyevlə Ərdoğan oktyabrın sonunda görüşəcək?
Bugün, 16:52 SİYASƏT
-
Lavrov Bakıya gəldi (Yenilənib)
Bugün, 16:44 GÜNDƏM
-
Türkiyədə yaşayan azərbaycanlı aktrisa tərəfini seçdi: "Bizim öz milli dəyərlərimiz var"
Bugün, 15:54 MƏDƏNİYYƏT
-
"Rusiya hücum edəcək qədər axmaqdırsa..." - BAŞ KATİBDƏN XƏBƏRDARLIQ
Bugün, 15:40 DÜNYA
-
NATO: "Moskva Avropaya qarşı "kölgə müharibəsi" aparır" - "Rusiya yaxşı vəziyyətdə deyil"
Bugün, 15:37 DÜNYA
-
Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb
Bugün, 15:11 SİYASƏT
-
Türkiyə parlamentində şok olay - Deputatlar gözlərini və ağızlarını bağladı + FOTO
Bugün, 14:58 SİYASƏT
-
Babək başlatdı, Atatürk bitirdi: Ankaradan Azərbaycana hökm verən “imam” kimdir? - TƏHLİL
Bugün, 14:46 SİYASƏT
-
AB Ukraynaya 2,86 milyard avro yardım paketi ayırdı
Bugün, 14:37 DÜNYA
-
ABŞ Prezidenti: "Gözləyin və görün İrana nə edəcəyik"
Bugün, 14:30 GÜNDƏM
-
Hakan Fidan Bakıya gəlir
Bugün, 14:25 GÜNDƏM
-
Penitensiar Xidmətdə gözlənilməz əməliyyat - Kadrlar İdarəsinin sabiq rəisi saxlanıldı (YENİLƏNİB)
Bugün, 14:16 CƏMİYYƏT
-
"Əgər mənzil qiymətləri gəlirlərlə müqayisədə daha sürətlə yüksəlirsə..." - Ekspertdən mənzil və kirayə bazarı ilə bağlı mühüm açıqlamalar (MÜSAHİBƏ)
Bugün, 14:10 İQTİSADİYYAT
-
Vyetnamın Vitse-prezidenti Azərbaycana gəlib
Bugün, 13:58 GÜNDƏM
-
Rəsmi Bakı Fransa XİN başçısına cavab verdi: "...daxili işlərə qarışmamaq prinsiplərinə riayət etməyə çağırırıq"
Bugün, 13:54 SİYASƏT
-
"İranın "Səhər" telekanalı Diyarbakırdəki tədbirə aid görüntüləri..." - MEDİA DAHA BİR BƏYANAT YAYDI
Bugün, 13:03 SİYASƏT
-
Sabahln hava proqnozu açıqlandı
Bugün, 12:54 CƏMİYYƏT