NATO-nun AVROPA ÜZRƏ KOMANDANI "QƏLƏBƏ PLANI"NI AÇIQLADI, TƏHDİD SƏSLƏNDİRDİ: "Hər şeyi yox edəcəyik"

NATO-nun AVROPA ÜZRƏ KOMANDANI \"QƏLƏBƏ PLANI\"NI AÇIQLADI, TƏHDİD SƏSLƏNDİRDİ: \"Hər şeyi yox edəcəyik\"

GÜNDƏM

Bugün, 00:27

"NATO "Qələbə Nəzəriyyəsi" konkret planları əhatə edir. Burada təkcə hücumun qarşısını almaq deyil, hədəfi mərhələli və ya birdəfəlik yox etmək də var".

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu sözləri NATO-nun Avropadakı Ali Müttəfiq Komandanı, general Aleksus Qrinkeviç Varşava Təhlükəsizlik Forumunda çıxışında bildirib.

O, NATO-nun bu il qəbul etdiyi "Qələbə Nəzəriyyəsi"ndən söz açaraq deyib ki,  Rusiya ittifaq ərazisinə hücum edərsə, təkcə  hücum vasitəsi deyil, hücuma vəsilə  olan nə varsa, hamısı "yox" ediləcək:

"NATO müdafiə ittifaqı olsa da, üzv ölkələrindən hər hansı birinə hücum edilərsə, Alyans əsas diqqəti müdafiəyə yönəltməyəcək. Əgər Rusiya, yaxud hansısa qüvvə bizə axmaqcasına hücuma keçərsə, biz vuruşacağıq. Əvvəlcə hücumu dayandıracağıq, yəni, nə olursa olsun, məqsədə çatmasının qarşısını alacağıq.  Əgər hücum yenə davam edərsə və ya onlar qoşunları hərəkətə gətirərsə, o zaman  vəziyyət kökündən dəyişəcək. Biz əvvəlcə düşmənin müharibə sistemini pozacağıq. Bu, yalnız hücumçunu deyil, həm də həmin hücumu dəstəkləyən və  idarə edən hər şeyi beşiyindəcə məhv edəcəyik...".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR