Beyləqan rayonunda məktəbdə zəhərlənmə olub - AÇIQLAMALAR

Beyləqan rayonunda məktəbdə zəhərlənmə olub - AÇIQLAMALAR

CƏMİYYƏT

Bugün, 15:08

Beyləqan rayonunda məktəbdə zəhərlənmə olub.

Mia.az xəbər verir ki, 14 nəfər (7 qadın cinsli, 7 kişi cinsli) 09.10.2026-cı il tarixində saat 12:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dənbildirilib ki, onlara ilkin tibbi xidmət göstərilib: "Hazırda müalicələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir".

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildrilib ki, Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb: "İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin "Texnologiya" dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir".

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR