Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürüldü: siyasi müxaliflərə qarşı zorakılıq və...

Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürüldü: siyasi müxaliflərə qarşı zorakılıq və...

DÜNYA

Bugün, 10:03

 3 yanvarda ABŞ-ln sürətli hərbi müdaxilə ilə ölkədən qaçırdığı və hazırda Nyu-Yorkda mühakimə olunan Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı yeni ittihamlar irəli sürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin veb saytında məlumat dərc olunub.

Məlumata əsasən, ABŞ federal prokurorları Maduronun Venesueladakı siyasi müxaliflərə işgəncə və repressiya sistemi yaratmaqda,  həyat yoldaşı Floresin isə rejimin zorakılıq mexanizmlərinin inkişafına kömək etməkdə ittiham edirlər:  "Nikolas Maduro Moros və Siliya Adela Flores De Maduro haqqındakı narkotik qaçaqmalçılığı və silah cinayətlərinə əlavə olaraq, ABŞ vətəndaşlarına işgəncə vermək də daxil olmaqla, 20 ildən çox müddətdə siyasi rəqiblərinə işgəncə vermələri barədə ittihamlar da irəli sürülüb"

Xəbərdə deyilir ki,  Maduro və həyat yoldaşına qarşı irəli sürülən yeni ittihamlar nəzərə alınmaqla, onlara ömürlük həbs cəzası verilə bilər.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR