PAKİSTAN YƏMƏNDƏ HÜSİLƏRƏ QARŞI MÜHARİBƏYƏ GİRDİ - Qırıcılar üsyançılara bomba yağdırır, Ankara və İslamabad...

PAKİSTAN YƏMƏNDƏ HÜSİLƏRƏ QARŞI MÜHARİBƏYƏ GİRDİ - Qırıcılar üsyançılara bomba yağdırır, Ankara və İslamabad...

GÜNDƏM

Bugün, 09:39

Pakistan Məkkə sazişindən irəli gələn hallar üzrə Səudiyyə Ərəbistanla toqquşan Yəməndəki İran tərəfindən dəstəklənən Husilərə qarşı hərbi əməliyyatlara qoşulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gecə Pakistan Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri  Husi üsyançılarının mövqelərinə bombalar yağdırıb.

Məlumata görə, bununla yanaşı, Pakistan son bir həftədə Səudiyə ilə Yəmən sərhədinə 8 minə yaxın xüsusi təyinatlı hərbçilər yerləşdirib.

Pakistan rəsmiləri Yəməndə quru əməliyyatlarına qatılmadıqlarını iddia edib və bildiriblər ki, Səudiyyə Ərəbistanına yaranan təhlükələri əsasən hava əməliyyatları ilə zərərsizləşdirməyə başlayıblar.

Pakistan ordusu bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Dünya mediası yazır ki, Səudiyyə Ərəbistanında hərtərəfli təchiz olunmuş təxminən 8000 Pakistan əsgəri var: "Bu qüvvələrə Pakistan Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının yüksək rütbəli zabitləri rəhbərlik edirlər. Onların əsas vəzifəsi və ilk işi Səudiyyə Ərəbistanının neft infrastrukturunu qorumaq və Ər-Riyadın təcili çağırışlarına operativ cavab verməkdir"

Məlumatda Pakistan ordusunun kritik məqamda quru əməliyyatına başlaması da istisna edilməyib.

ABŞ ordusunun keçmiş attaşesi və Müdafiə Kəşfiyyat Agentliyinin  keçmiş analitiki polkovnik Devid Smit "The New York Times" qəzetinə bildirib ki, "Məkkə sazişi" çərçivəsində Türkiyə də Səudiyyə Ərəbistanına müəyyən hərbi texnikalar və onları idarə etmək üçün hərbçilər yerləşdirib: "Lakin istər İslamabad, istərsə də Ankara qonşuları Tehranla diplomatik tarazlığı qorumaq üçün husilərlə birbaşa quru döyüşlərində iştirak etməkdən çəkinir. Bu, müharibənin çox qısa zamanda bütün bölgəni ağuşuna alması demək olar. Ona görə də ehtiyatlı davranışla Ər-Riyada dəstək verirlər..."

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR