ABŞ-da qızılca halları ötən il təxminən iki dəfə artıb

ABŞ-da qızılca halları ötən il təxminən iki dəfə artıb

DÜNYA

Bugün, 00:04

ABŞ-da qızılca halları artıb.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki,  bu barədə Səhiyyə Departamenti məlumat  yayıb.

Bildirilib ki, ilin əvvəlindən bəri ölkədə qeydə alınan qızılca hallarının sayı 4000-i keçib: "Bu isə 2026-cı ildə bu xəstəliyin ölkə ərazisində iki dəfədən çox artımı deməkdir"

Con Hopkins Universitetindən bildirilib ki, hazırda ölkə üzrə 4020 qızılca daşıyıcısı var: "Ən çox qızılca halları Pensilvaniya, Cənubi Karolina, Yuta, Viskonsin, Ohayo, Texas, Virciniya və Florida ştatlarında qeydə alınıb. Məsəən, Pensilvaniyada 977, Cənubi Karolinada 671 və Yutada 527 hal rəsmiləşib".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR