Belçika qanunsuz miqrantlara qarşı sərt tədbirlərə başlayır - Yeni qanun təsdiqləndi

Belçika qanunsuz miqrantlara qarşı sərt tədbirlərə başlayır - Yeni qanun təsdiqləndi

DÜNYA

Bugün, 12:12

Belçika qanunsuz miqrantların ölkədən deportasiya edilməsini asanlaşdıran yeni qanun qəbul edilib.

Mia.az xarici mətbuata istinadla xəbər veirr ki, bu barədə Belçika Parlamenti qanun layihəsini təsdiqləyib.

Yeni qanuna əsasən, polis və digər müvafiq orqanlar ictimai asayişə və ya milli təhlükəsizliyə təhdid yaradan qanunsuz miqrantların evlərinə istəinlən vaxt daxil olaraq onlar barədə müvafiq tədbirləri həyata keçirəcək.

"Belga"nın məlumatına görə, Miqrasiya xidmətinin rəhbəri Anneleen Van Bossuyt və ədliyyə naziri Annelies Verlinden tərəfindən hazırlanan qanun layihəsi ölkədə yaşayan qanunsuz miqrantların kütləvi qovulması prosesinə hazırlıqdır: "Belçikada qalmaq hüququ olmayan və repatriasiya prosesi ilə əməkdaşlıq etməkdən israrla imtina edən çoxlu sayda şəxslər var ki, onlar artıq ölkənin gələcəyini təhdid edir.

İndisə yeni qanunla polis və miqrasiya əməkdaşlarına qanuni deportasiya prosesini sürətləndirmək fürsəti yaradılır. Bu qanunla Belçika qanunsuz miqrantlardan asanlıqla xilas ola biləcək".

Tahir 

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR