Jurnalistlərin qurultayının vaxtı dəyişib

Jurnalistlərin qurultayının vaxtı dəyişib

PRESS

Bugün, 12:53

Azərbaycan jurnalistlərinin qurultayının vaxtı dəyişib.

Mia.az xəbər verir ki,  bu barədə Azərbaycan jurnalistlərinin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin məlumat yayıb.

Bildirilir ki, təşkilat komitəsi tədbirin keçirilmə tarixinin oktyabrın 15-dən oktyabrın 16-na dəyişdirilməsinə qərar verib ki, bu da hazırlıq işlərinin daha səmərəli şəkildə aparılması zərurətindən irəli gəlir:

"Təşkilat Komitəsi Mətbuat Şurasına üzv təşkilatlara qurultaya nümayəndələrin və Şuranın İdarə Heyətinə namizədlərin verilməsi prosesini sürətləndirməyə, bunun üçün MŞ-nin "presscouncil.az" veb-saytındakı "Azərbaycan jurnalistlərinin IX qurultayı" bölməsində yerləşdirilmiş təlimatı yerinə yetirməyə (anketləri dolduraraq şəxsən Mətbuat Şurasına çatdırmaq və ya [email protected] elektron ünvanına göndərmək) çağırır".

Qeyd edək ki, nümayəndələrin və namizədlərin verilməsi prosesi oktyabrın 12-də başa çatacaq.

Qurultay oktyabrın 16-da saat 09.00-da öz işinə başlayacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR