Keçmiş Xarici İşlər naziri Mərdakanda bağ sahəsini zəbt edib? - Sabiq nazir "Sovet dövründə o torpaq sahəsi mənim atama verilib" deyir (Yneiləniib)

Keçmiş Xarici İşlər naziri Mərdakanda bağ sahəsini zəbt edib? - Sabiq nazir \"Sovet dövründə o torpaq sahəsi mənim atama verilib\" deyir (Yneiləniib)

CƏMİYYƏT

Bugün, 16:47

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0,24 hektarlıq bağ sahəsi ilə bağlı mübahisə yaranıb. Anar Həsənov adlı şəxs ərazinin onun ailəsinə məxsus olduğunu iddia edib. O, deyib ki, həmin bağ sahəsi 1988-ci ildə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə atasına verilib.

Məlumata görə, hələ 2016-cı ildə Elmar Məmmədyarovun adına Mərdəkanda 0,24 hektarlıq bağ sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilib.

Anar Həsənov adlı şəxs də bir neçə ildir ki, sözügedən bağ sahəsinin ailəsinə məxsus olduğunu təsdiqləyən sənəd əldə etməyə çalışır. Bu məqsədlə o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət edərək əmlakın mənsubiyyətinə dair arayış tələb edib. Lakin müraciətinə mənfi cavab verildikdən sonra məhkəməyə üz tutub. Onun quruma qarşı qaldırdığı iddianın da məhkəmə tərəfindən təmin edilmədiyi bildirilir. Mübahisənin Elmar Məmmədyarovun mülkiyyətində olan ərazi ilə bağlı olması səbəbindən sabiq nazir məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb olunub.

Modern.az məsələ ilə bağlı Elmar Məmmədyarovla əlaqə saxlayıb.

Sabiq xarici işlər naziri saytımıza açıqlamasında bildirib ki, hər şey qanun çərçivəsindədir:

“Məhkəmə sovet dövründə o torpaq sahəsini mənim atama verib. Biz də bunun üstünə düşməmişdik. İndi bu adam deyir ki, bura mənim ata-baba torpağımdır. Hansı əsasla onu dediyi isə məlum deyil. Rəsmi qərar olduğundan vəkil tutdum. Vəkil iddia ərizələrini məhkəməyə verdi və bütün instansiyalarda aparılan işlərdə qalib gəldik. Çünki hər şey qanun çərçivəsindədir. Qurtardı getdi”.

***

Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0.24 hektarlıq bağ sahəsilə əlaqədar qalmaqal yaranıb.

Mia.az Gununsesi.info-ya istinadla bildirir ki, Anar Həsənov adlı şəxs bu bağ sahəsinin onun ailəsinə məxsus olduğunu iddia edir.

 Onun iddiasına görə, Mərdəkan qəsəbəsində yerləşən 0,12 hektar bağ sahəsi 1988-ci ildə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə atasına verilib.

 Elmar Məmmədyarovun adına 2016-cı ildə 0.24 hektarlıq bağ sahəsinə mülkiyyət hüququnu təsdiqləyən çıxarış verilib.

 Anar Həsənovun tələb etdiyi sahə də bura daxildir.

 Anar Həsənov bir neçə ildir ki, bağ sahəsinin onların ailəsinə aid olması barədə sənəd almağa çalışır.

 O, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət edərək, əmlakın məxsusluğuna dair arayış istəsə də, imtina cavabı alıb. Daha sonra məhkəməyə müraciət edib. Lakin məhkəmə də bu quruma qarşı iddiasını təmin etməyib.

 Mübahisənin Elmar Məmmədyarova aidiyyəti olduğuna görə o da üçüncü tərəf kimi məhkəmə işinə cəlb olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR