Türkiyə parlamentində gərginlik - Ərdoğan gəldi, Kılıçdaroğlu ayağa qalxmadı, 91 deputat isə zalı tərk elədi (FOTO)

Türkiyə parlamentində gərginlik - Ərdoğan gəldi, Kılıçdaroğlu ayağa qalxmadı, 91 deputat isə zalı tərk elədi (FOTO)

GÜNDƏM

Bugün, 16:04

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) 28-ci dövrünün 5-ci qanunvericilik ilinin açılış mərasimində gərginlik yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, açılş mərasiminə çıxış etmək üçün gələn Prezident Rəcəb Tayyib Ərdoğan zala girərəkən siyasi partiyaların deputatlarının münasibəti birməanlı olmayıb.

Məlumata əsasən,  Ərdoğan lideri olduğu AK Partiya və Baxçalının sədri olduğu MHP-li deputatlar ayaqda alqışlayıb: "Müxalif İYİ Partiyası və DEM Partiyasının millət vəkilləri isə ayağa qalxsa da, onu alıqşlamayblar. 91 deputatlı Yeni Partiya və CHP-li deputatlar isə ayağa qalxmayıblar. Ərdoğan çıxış üçün tribunaya doğru yön alarkən foyedən onu izləyən CHP lideri Kamal Kılıçdaroğlu ayağa qalxmayb, lakin çıxışı sonadək  dinləyib. Özgür Özəlin lideri olduğu Yeni Partiyanın 91 deputat isə zalı tərk edib".

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR