SABİQ NAZİR MÜAVİNİ DİREKTORU MƏHKƏMƏYƏ VERDİ - Həbsini tələb edir

SABİQ NAZİR MÜAVİNİ DİREKTORU MƏHKƏMƏYƏ VERDİ - Həbsini tələb edir

GÜNDƏM

Bugün, 15:46

Gənclər və idman nazirinin sabiq müavini Mariana Vasileva xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

Mia.az Xitab24.az-a istinadla xəbər verir ki, hazırda nazir müavini Cavid Qurbanovun rəhbəri olduğu Atletika Federasiyasının icraçı direktoru olan Vasileva “Xəzri” idman klubunun direktoru Əli Kərimovdan şikayət edib.

O, Xəzər Rayon Məhkəməsinə ünvanladığı şikayət ərizəsində Ə.Kərimov tərəfindən feysbuk sosial şəbəkəsində təhqirə məruz qaldığını bildirib. Buna görə də, xüsusi ittihamçı qarşı tərəfin Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunmasını və barəsində həmin maddələrin sanksiyasında göstərilən yuxarı həddə cəza təyin olunması barədə ittiham hökmü çıxarılmasını xahiş edib.

Məhkəmə iclasında Mariana Vasilevanın vəkili bildirib ki, xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs sosial media hesabında zərərçəkmişə üzrxahlığını ifadə edib və bunun nəticəsində tərəflər arasında barışıq əldə olunub. Buna görə də, Mariana Vasileva xüsusi ittihamdan imtina edib.

Məhkəmə bunu nəzərə alaraq işə xitam verib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR