PUTİN UKRAYNANI DÖVLƏT KİMİ DAĞITMAQ İSTƏYİR - Yeni mesajlar müharibənin uzun müddət davam edəcəyini təsdiqləyir

PUTİN UKRAYNANI DÖVLƏT KİMİ DAĞITMAQ İSTƏYİR - Yeni mesajlar müharibənin uzun müddət davam edəcəyini təsdiqləyir

GÜNDƏM

Bugün, 09:05

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatdan imtina edəcəyinə dair heç bir müsbət mesahj vermir. Ağır itkilərinə və müharibənin vurduğu iqtisadi zərərinə baxmayaraq, Moskva administrasiyası müharibəni daha da şiddətləndirməyə davam edir.

Mia.az xəbər verir ki, bu barədə TRT Haber yazıb.

Bildirilib ki, keçən ay keçirilən parlament seçkilərində hakim Vahid Rusiya partiyasının mütlıq qələbəsindən sonra Putin bunu xalqın müharibə siyasətinə dəstəyi kimi yozmağa başlayıb.

Putin bildirib ki, Rusiyanın hərbi qələbəyə nail olana qədər savaşı davam etdirəcək.

Rusiya mediası  yazır ki, Ukraynanın hava hücumlarından müdafiə raketlərinin çatışmazlığı, üstəlik sərt qışın yaxınlaşması Rusiyanı daha ağır hücumlara cəsarətləndirəcək: "Kreml Avropa dövlətlərinin Ukraynaya hərbi və maliyyə dəstəyini kəsməsini istəyir. Qərb rəsmiləri Moskvanı kiberhücumlar, təxribatlar və Avropa hava məkanını pozan dronlar vasitəsilə hibrid müharibə aparmaqda ittiham edirlər. Bu ittihamlara paralel olaraq isə Ukraynaya hücumlar daha da sərtləşdirilir...".

BBC-yə danışan Rusiya xarici işlər naziri Sergey Lavrov isə Britaniya və Avropanın digər ölkələri tərəfindən Ukraynaya verilən raketləri məhv etdiklərini bildirib : "İstər bunu belə adlandırın, istərsə də başqa bir şey, şübhəsiz ki, bu, Avropanın bizə qarşı apardığı müharibədir. Ancaq onlar uduzmağa məhkumdurlar..."

Ekspertlər vurğulayırlar ki, Rusiyanın məqsədi Ukraynanı yaşanmaz, yəni, dağınıq bir dövlətə  çevirməkdir: "Belə şəraitdə müharibənin yaxın aylarda bitməsini gözləmək az ehtimal olunur..."

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR