"Neftçi" və "Qarabağ" bu gün meydana çıxdı - Nəticələr

img

17-10-2014 [23:34]


Bu gün Azərbaycan Premyer Liqasında 8-ci turun oyunlarına start verilib. 


Turun açılış matçı Sumqayıtda baş tutub. Burada yerli "Sumqayıt" klubu "Neftçi"ni qəbul edib. Sumqayıt təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə yenidən birinci pilləyə yüksələcəkdi. Lakin ötən turda "Qarabağ"a 1:3 hesabı ilə uduzan "ağ-qaralar" da bu oyunda 3 xal qazanmaqla turnir cədvəlində daha da irəliləmək niyyətində idi. Rəqibini 1:0 hesabı ilə məğlub edən "Neftçi" turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda isə "Qarabağ” və "Qəbələ” komandaları münasibətlərinə aydınlıq gətiriblər. Ötən turda "Neftçi"yə qalib gələn Ağdam təmsilçisi bu matçın əsas favoriti hesab olunurdu. Lakin bu mövsüm yüksək yerlər uğrunda mübarizə aparan "qırmızı qaralar" da səfərdən xal və ya xallar aparmağa çalışacaqdı. Bu görüşdə "Qarabağ" 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Premyer Liqada 8-ci tura oktyabrın 19-da keçiriləcək "Xəzər Lənkəran" - "Bakı" oyunu ilə yekun vurulacaq.

qol.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA