RƏSMİ MOSKVADAN 9 İL ƏVVƏL TÜRKİYƏYƏ SATILAN S-400-LƏRLƏ BAĞLI MÜHÜM AÇIQLAMA: "Müzakirə gedir"

RƏSMİ MOSKVADAN 9 İL ƏVVƏL TÜRKİYƏYƏ SATILAN S-400-LƏRLƏ BAĞLI MÜHÜM AÇIQLAMA: \"Müzakirə gedir\"

GÜNDƏM

Bugün, 00:05

"Türkiyədəki S-400 hava hücumundan müdafiə sistemləri Rusiyaya dost olan üçüncü bir ölkəyə köçürülə bilər".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov Moskavada jurnalistlərə açıqlamasında deyib.

O, Rusiya xarici işlər naziri Sergey Lavrovun "Türkiyə Rusiyanın icazəsi olmadan S-400 sistemlərini üçüncü bir ölkəyə verə bilməz", - sözləri ilə bağlı suala cavab olaraq bildirib ki, Türkiyə S-400 sistemlərini 2017-ci ildə 2,5 milyard dollara alıb: "Biz bu sistemin ilk partiyasını 2019-cu ildə təhvil verdik. İndisə həmin sistemlərin Rusiyaya dost bir ölkəyə köçürülməsi, yəni, satılması variantı gündəmdədir. Bu istiqamətdə müvafiq işlər görülür, müzakirələr gedir".

Xatırladaq ki,  S-400 sistemi dünyanın ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən sayılır. Bu raketlər 400 kilometr məsafədə, 230 km hündürlükədəki 80 hədəfi eyni anda vurma qabiliyyətinə sahibdir.

Lakin Türkiyənin bu sistemi almasından sonra ABŞ-la münasibətləri korlanıb. VaşinqtonAnkaranı F-35 layihəsindən çıxarıb, F-16-ların ehtiyat hissələrinin satışına isə qadağa qoyub. Amerika bu embaroqları qaldırmaq üçün Türkiyədən S-400-lərdən imtinasını tələb edir.

E.ARAZ

mia.az 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR