"Hazırkı işimdən razıyam, amma..." - Qurban Qurbanov

img

17-10-2014 [23:30]


"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Azərbaycan Premyer Liqasının 8-ci turunda "Qəbələ” ilə oyundan sonra keçirilən mətbuat konfransında milli komandaya mümkün dəvəti ilə bağlı sualı cavablandırıb. 
O deyib ki, AFFA tərəfindən ona hələlik milliyə baş məşqçi təyin olunması ilə bağlı təklif gəlməyib: "Bu təklifi dəvət gəldikdən sonra müzakirə etmək olar. Hazırkı işimdən razıyam, amma əgər Azərbaycan futboluna milli komandada işləməyim lazım olarsa, bu məsələni müzakirə edə bilərəm. Ancaq hazırkı vəziyyətdə fikrim ancaq "Qarabağ”a yönəlib. Mənim üçün çox xoşdur ki, adım milli komandanın baş məşqçisi vəzifəsində hallanır”(qol.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA