AZƏRBAYCANIN YENİ SİLAHLARI: dünyaya səs salacaq dron və... - PUA-ları yerində aşkarlayıb məhv edir + FOTOLAR (Yenilənib)

AZƏRBAYCANIN YENİ SİLAHLARI: dünyaya səs salacaq dron və... - PUA-ları yerində aşkarlayıb məhv edir + FOTOLAR (Yenilənib)

GÜNDƏM

Bugün, 16:25

Azərbaycan yeni mərmiatan dron istehsal edib.

Mia.az xəbər verir ki, "Boran" dronu mərmi və əl qumbaralarının daşınması üçün nəzərdə tutulub və ilk dəfə ADEX-2026-da nümayiş edilir.

"Boran" adlı dron mərmi və əl qumbaralarının hədəfə çatdırılması məqsədilə hazırlanıb.

Dronun üzərində kaset tipli sistem vasitəsilə müxtəlif çaplı sursatların yerləşdirilməsi mümkündür.

Təqdim olunan məlumata görə, dron 60 millimetrlik 10 ədəd, 80 millimetrlik 6 ədəd mərmi və 12 ədəd əl qumbarası daşıya bilir.

Dronun aşağı hissəsində yerləşdirilən kamera vasitəsilə operator ərazini və hədəfi müşahidə edir. Hədəf müəyyənləşdirildikdən sonra sursatlar drondan buraxılır və aparat tapşırığı yerinə yetirdikdən sonra geri qayıdır.

***

Azərbaycan yeni interseptor dron istehsal edib.

Mia.az xəbər verir ki, həmin dron ADEX-2026 sərgisində nümayiş olunur.

"BARS" tipli interseptor dron azərbaycanlı mühəndislər tərəfindən hazırlanıb.

Əsas xüsusiyyətlərindən biri PUA-ları havada aşkar edib onlara qarşı müdaxilə etməkdir. Termal kamera və AI əsaslı hədəf aşkarlama/izləmə sistemi də nəzərdə tutulub(Report).

***

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" PUA-sı ilk dəfə Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş olunur.

Mia.az xəbər verir ki, pilotsuz uçuş aparatı "Bayraktar Teknoloji Azərbaycan" MMC tərəfindən hazırlanıb

***

80 kilometrdən artıq rabitə məsafəsinə malik olan platforma "Bayraktar TB2", "Bayraktar TB3" və ya "AKINCI" PUA-ları üzərindən rabitə retranslyatoru imkanından istifadə etməklə əməliyyatlar həyata keçirə bilir.

***

Azərbaycan insansız hərəkət edən silahlı özüyeriyən platforma istehsal edib.

Mia.az xəbər verir ki, 2026-cı il istehsalı olan SIQR01 və SIQR02 robotlar ilk dəfə ADEX-2026 nümayişə çıxarılıb.

Tırtıllı şassi üzərində qurulan pilotsuz yerüstü platforma əsasən ərazi üzrə hərəkət, yük daşınması, müşahidə və müxtəlif xüsusi təyinatlı avadanlıqların daşınması üçün nəzərdə tutulub.

Kataloqda yer alan məlumatlara görə, platformanın uzunluğu 2 metr, eni 1,2 metr, hündürlüyü isə 0,6 metrdir. Yüksüz çəkisi təxminən 950 kiloqram, maksimal faydalı yük qabiliyyəti isə 600 kiloqramdan çoxdur. Robot saatda təxminən 12 kilometr sürətlə hərəkət edə və 5 saatdan artıq işləyə bilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR