Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi olub - FOTOLAR
MƏDƏNİYYƏT
Bugün, 09:04
İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığı ilə ərsəyə gələn filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevadır.
Mərasimdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın dövlət rəsmiləri, diplomatik korpusun və dini icmaların təmsilçiləri, din xadimləri iştirak ediblər.
Tədbirdən əvvəl Azərbaycanın zəngin dini-mədəni irsini və multikultural dəyərlərini təcəssüm etdirən fotostend də nümayiş olunub.
Təqdimatda çıxış edən Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək deyib: "Harmoniya" sənədli filmi bizi müxtəlifliyin dünyagörüşümüzü necə zənginləşdirə və insanları bir-birinə necə yaxınlaşdıra biləcəyi haqqında düşünməyə dəvət edir. Bu gün təqdim olunan film eyni Vətəni - Azərbaycanı paylaşan müxtəlif dini ənənələrə mənsub üç gənc qadının hekayəsindən bəhs edir. Film onların gündəlik həyatı vasitəsilə sadə, lakin dərin bir mesaj ötürür: Dini fərqliliklər insanlar arasında məsafə yaratmamalıdır".
İslamın, xristianlığın və yəhudiliyin ölkəmizdə dərin köklərə malik olduğunu diqqətə çatdıran səfir deyib: "Məscidlər, kilsələr və çoxsaylı sinaqoqlar yalnız bu müxtəlifliyin abidələri deyil. Onlar birgəyaşayışın canlı ənənəsinin bir hissəsidir. Bu tarixi ənənə dini azadlığa hörmət, mədəni və dini irsin qorunması, həmçinin dinlərarası dialoqun dəstəklənməsinə əsaslanan ardıcıl dövlət siyasəti vasitəsilə qorunub saxlanılıb və möhkəmləndirilib".
Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının İslam işləri üzrə bürosunun rəhbəri Ata Loran Basanez Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın müraciətini qonaqlara oxuyub. Müraciətdə kardinal "Harmoniya" sənədli filminin multikulturalizm və qarşılıqlı hörmətlə səciyyələnən kontekst daxilində Azərbaycanda müxtəlif dini ənənələrin nümayəndələri arasında birgəyaşayış təcrübəsini təqdim etdiyini bildirir.
Qeyd olunub ki, filmin elə adı da bizə vacib bir məqamı xatırladır: "harmoniya fərqliliklərimizi silməyi tələb etmir, əksinə, o, bizi bu fərqlilikləri hörmət, dialoq və qardaşlıq ruhunda yaşamağı öyrənməyə səsləyir".
Müraciətdə, həmçinin deyilir: "Dinlərarası dialoq yalnız bəyanatlar və ya rəsmi görüşlər səviyyəsində qala bilməz. O, eyni zamanda, münasibətlərdə, təhsildə, mədəniyyətdə və müxtəlif inanclara mənsub insanların yan-yana yaşamaq tərzində əksini tapır. İncəsənət və kino bu baxımdan xüsusi töhfə verə bilər. Onlar birgəyaşayış haqqında nitqlərdən kənara çıxmağa, dini kimlikləri bir-biri ilə görüşməyə, hörmət etməyə və cəmiyyətə birgə töhfə verməyə mane olmayan insanların üzlərini görməyə, səslərini eşitməyə və konkret təcrübələrini kəşf etməyə imkan yaradır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, əsrlər boyu Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan xalqı multikulturalizm, qarşılıqlı hörmət və dinc yanaşı yaşamaq mədəniyyətini təbii olaraq formalaşdırmış və bunu nəsildən-nəslə ötürmüşdür. O, bu gün Azərbaycanın hər yerində müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşayıb-yaratdığını bildirib.
Komitə sədri "Harmoniya" sənədli filminin Azərbaycan torpağından bütün bəşəriyyətə göndərilən mühüm mənəvi mesaj olduğunu vurğulayaraq deyib: "Ölkəmizin müxtəlif müqəddəs ziyarətgahlarında və bölgələrində çəkilmiş film müxtəlif dinlərə mənsub üç qadının gündəlik həyatı, ailə dəyərləri və sarsılmaz dostluğu vasitəsilə Azərbaycanın həqiqi reallığını əks etdirir".
Qeyd edək ki, ekran əsəri beynəlxalq festivallarda və müxtəlif kino platformalarında da təqdim olunur.
Sonra "Harmoniya" filmi nümayiş etdirilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Vətəndaşların 150 min manatdan çox vəsaitini ələ keçirən şəxs saxlanılıb
Bugün, 10:54 KRİMİNAL
-
Türkiyə yığmasının futbolçusu üzr istədi: "Utanırıq"
Bugün, 10:49 İDMAN
-
Milli Depozit Mərkəzində yeni təyinatlar olub
Bugün, 10:40 CƏMİYYƏT
-
Azərbaycan nefti ucuzlaşdı
Bugün, 10:33 İQTİSADİYYAT
-
Alina Bozun yeni görüntüsü gündəm oldu - FOTOLAR
Bugün, 10:19 ŞOU-BİZNES
-
Montella: "Barış Alper və Kerem Aktürkoğlunun heykəllərini ucaldaram"
Bugün, 10:12 İDMAN
-
"Manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq" - İqtisadçı deputatdan şərh
Bugün, 10:00 İQTİSADİYYAT
-
"Artıq çoxfunksiyalı kadrlara qarın doyub" - Keçmiş Departament müdirindən icra başçısı təyinatına gözlənilməz reakisya
Bugün, 09:52 SİYASƏT
-
TÜRKİYƏ FUTBOLUNDA ŞOK HƏBSLƏR - Hakmlər Komitəsinin sədri də qandallandı
Bugün, 09:41 İDMAN
-
“AzerGold” QSC-də qaçılmaz dəyişiklərə start verilib - Yeni təyinatlar
Bugün, 09:33 İQTİSADİYYAT
-
Husi üsyançıları irəliləyir, Yəmən hökuməti "panik atak"da: səfərbərlik elan edildi - Dünyanın hakim kəsildiyi daha bir strateji boğaz ətrafında döyüşlər şiddətlənib
Bugün, 09:18 GÜNDƏM
-
Dünyanın ən dəqiq saatı yaradılıb
Bugün, 09:11 GÜNDƏM
-
Millətlər Liqası: hansı komandalar qalib gəldi?
Bugün, 09:09 İDMAN
-
Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi olub - FOTOLAR
Bugün, 09:04 MƏDƏNİYYƏT
-
UEFA Millətlər Liqası: Türkiyə uduzdu, azarkeşlər baş məşqçini istefaya çağırdı
Bugün, 00:40 İDMAN
-
RƏSMİ TEHRANDAN BƏYANAT: "Nüvə məsələsində güzəştə getməyimiz haqqında yayılan xəbər doğru deyil"
Bugün, 00:22 GÜNDƏM
-
Ərdoğan istefa verən müavininin görüş tələbinə "yox" deyib
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
Türkiyədə balıqçılar köpəkbalığı tutublar
28.09.2026, 23:45 GÜNDƏM
-
Azərbaycan-İran Birgə Komissiyanın həmsədrləri bir araya gəldi - Nələr müzakirə olundu?
28.09.2026, 23:31 GÜNDƏM
-
Türkiyə kinosunun bir vaxtlar ən gözəl aktrisası idi... - FOTOLAR
28.09.2026, 23:19 MƏDƏNİYYƏT
-
Putini çətinə salan əməliyyat - 250 rus əsgəri əsir götürülüb
28.09.2026, 19:41 DÜNYA
-
Fatih Terimdən Vincenzo Montella haqqında - Açıqlama
28.09.2026, 19:33 İDMAN
-
İran Xarici işlər naziri ABŞ-da vasitəçilərlə görüşəcək
28.09.2026, 19:29 GÜNDƏM
-
Şuşada mina partladı: yaralı var
28.09.2026, 18:47 GÜNDƏM
-
ÜÇ RAYONA İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Sərəncamlar
28.09.2026, 18:27 GÜNDƏM
-
Milli Məclis bu memorandumu müzakirəyə çıxarır
28.09.2026, 18:01 GÜNDƏM
-
Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin təcrübəli işçilərini öz kadrları ilə əvəzləyir (Yenilənib)
28.09.2026, 17:53 CƏMİYYƏT
-
"Azərbaycan əlverişli geosiyasi mövqeyi, zəngin təbii resursları və..." - Vüqar Rəhimzadə
28.09.2026, 17:46 SİYASƏT
-
Ərdoğan Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Baş nazirini qəbul edib
28.09.2026, 17:37 GÜNDƏM
-
İsrail ordusu Livanı bombalayıb
28.09.2026, 17:30 DÜNYA
-
Jurnalist Əvəz Zeynallı vəfat edib (Yenilənib)
28.09.2026, 17:24 PRESS
-
Kolleclərə boş qalan plan yerləri: qəbulun nəticələri elan olundu
28.09.2026, 17:15 GÜNDƏM
-
Vüsal Şilderin qətli üzrə məhkəmə işi: ittiham aktı elan olunub
28.09.2026, 17:03 KRİMİNAL