Yeni təhsil naziri kollektivə təqdim olunub

Yeni təhsil naziri kollektivə təqdim olunub

GÜNDƏM

Bugün, 14:43

Bir neçə gün əvvbəl Naxçıvan Muxtar Respublikasının (MR) yeni təhsil naziri təyin olunan Ovni Mehbalı oğlu Muradov bu gün kollektivə təqdim olunub.

Mia.az xəbər verir ki, nazirin təqdimat mərasimində muxtar respublikanın Baş naziri Cabbar Musayev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin Naxçıvanda təhsil siyasətinin həyata keçirilməsində əsas istiqamət kimi müəyyənləşdirildiyi vurğulanıb.

O.Muradov çıxışında dövlət başçısının müəyyən etdiyi təhsil siyasətinin əsas istiqamətlərinin millətin gələcəyinin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq, Prezident tərəfindən qarşıya qoyulan vəzifələrin dürüstlük, şəffaflıq və peşəkarlıq prinsipləri əsasında həyata keçirilməsi üçün çalışacağını bildirib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR