Ukraynada bir azərbaycanlı tələbə dron hücumunda həlak olub, biri isə yaralanıb - VİDEO (Yenilənib)

Ukraynada bir azərbaycanlı tələbə dron hücumunda həlak olub, biri isə yaralanıb - VİDEO (Yenilənib)

GÜNDƏM

Bugün, 14:13

Ukrayna paytaxtı Kiyevdə daha bir azərbaycanlı dron hücumları zamanı yaralanıb.

Ukrayna Milli Polisindən bildirilib ki, bu, Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü Əhmədov İlqar Həşəm oğludur.

O, Kiyevin Vişneve rayonundan dron hücumuna məruz qalaraq yaralanıb. Hazırda vəziyyəti sabitdir.

Qeyd edək ki, bazara dron zərbəsi zamanı bir neçə azərbaycanlının yaralandığı bildirilir/report.

***

Ukraynaya gəmi kapitanı olmaq üçün təhsil almağa gedən azərbaycanlı tələbə Əli Mehdiyev Rusiya dronunun hücumu nəticəsində həyatını itirib.

Mia.az “İTV”yə istinadən xəbər verir ki, avqustun 31-də Ukraynanın Odessa şəhərinə edilən dron hücumu nəticəsində 19 yaşlı Əli ağır yanıq xəsarətləri alıb və 6 gün ölüm-dirim savaşı verib.

 Babası Şahəddin Əliyev Əlinin onun böyük nəvəsi olduğunu qeyd edib: “Onu hamısından çox istəyirdim. Arzuları ürəyində qaldı. Anasına deyirdi ki, işləyib-qazanacaq və zəhməthaqqından kasıb-kusuba da verəcək”. 

Atası Vüqar Əliyev isə Əlinin onlayn təhsil aldığını bildirib: “Amma təsdiqlənməsi üçün 190 gün Ukraynada qalmalı idi. Biz Əlini ona görə göndərdik. Həmin vaxt ara sakit idi”. 

Anası İradə Mehdiyeva isə Əlini qərarından döndərməyə çalışsa da, buna müvəffəq ola bilmədiyini vurğulayıb: “Ona neçə dəfə təklif etdim ki, bəlkə başqa sənət seçəsən. Dedi ki, yox, gələcəyin kapitanı olmaq istəyir”.

 

Həmin gün çox narahat idim. İşdə qızlar da deyirdi ki, sənə nə olub. Dedim, özümü çox pis hiss edirəm, sanki içimdə ağır bir hiss var. Atası zəng edəndə, hiss etdim ki, nəsə olub. Qrup yoldaşı xəstəxanaya Əlinin yanına gedəndə, son dəfə onun səsini onda eşitdim. Ağladı, dedi ki, ana, mən yandım”.

 

Vəziyyəti ağırlaşan Əli Mehdiyevi Lvovdakı xəstəxanaya köçürsələr də, artıq gec olub. Drondakı zəhərli qazlar onun ciyərini və qanını zəhərləyib.

 

Əli Mehdiyev sentyabrın 7-də saat 00:01-də vəfat edib.

 

Ətraflı videomaterialda:

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR