Mədəniyyət naziri Naxçıvanda vətəndaş qəbulu keçirib - FOTO

Mədəniyyət naziri Naxçıvanda vətəndaş qəbulu keçirib - FOTO

MƏDƏNİYYƏT

Bugün, 16:34

Mədəniyyət naziri Adil Kərimli sentyabrın 24-də Naxçıvan şəhərində növbəti vətəndaş qəbulu keçirib.

Mia.az xəbər verir ki, bu barədə "Report"a Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda Naxçıvan şəhəri ilə yanaşı, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Vətəndaşların müraciətləri əsasən məşğulluq, mədəniyyət sahəsi ilə bağlı layihə və təkliflər, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.

Nazir vətəndaşların xahiş və təkliflərini dinləyib, diqqətə çatdırılan hər bir məsələnin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR