Ərdoğanla Zelenski Nyu-Yorkda bir araya gəldi: "Türkiyədə zirvə görüşü keçirməyə hazırıq"

Ərdoğanla Zelenski Nyu-Yorkda bir araya gəldi: \"Türkiyədə zirvə görüşü keçirməyə hazırıq\"

DÜNYA

Bugün, 14:14

Ukrayna Prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatının 81-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Nyu-Yorkdakı Türk Evində baş tutan görüş mətbuat üçün qapalı keçirilib.

Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Zelenski bildirib ki, Ərdoğanla məhsuldar müzakirə aparıb: "Əgər cənab Ərdoğan Rusiya-Ukrayna-Türkiyəüçtərəfli görüşünü təşkil edərsə, biz onun Türkiyədə keçirilməsinə hazırıq. Belə bir görüşdə iştirak edəcəyik. Qaldı digər məsələlərə, Ərdoğanla Rusiya-Ukrayna müharibəsi və regional məsələlər, həmçinin iki ölkə arasındakı münasibətlər ətrafında məhsuldar fikir mübadiləsi apardıq"

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR