DAHA İKİ QURUM BİRLƏŞDİRİLİR - Əli Əsədov qərar imzaladı

DAHA İKİ QURUM BİRLƏŞDİRİLİR - Əli Əsədov qərar imzaladı

GÜNDƏM

Bugün, 15:40

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.

Qərara əsasən, Cəmiyyətin işçilərinin say həddi 230 ştat vahidi müəyyən edilib.

Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi isə Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR