İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət göndərdi - MƏTN
GÜNDƏM
Bugün, 12:35
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli Forum iştirakçıları!
Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusunda IV Bakı Təhlükəsizlik Forumunda səmimi-qəlbdən salamlayıram.
Artıq dördüncü dəfə Bakıda keçirilən bu Forum müxtəlif ölkələrin xüsusi xidmət və təhlükəsizlik orqanlarının rəhbər və nümayəndələrini bir araya gətirməklə beynəlxalq təhlükəsizlik sahəsində fikir mübadiləsi və qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm imkan yaradır. Forumun iştirakçı coğrafiyasının ildən-ilə genişlənməsi və müzakirə olunan məsələlərin aktuallığı Bakı platformasının beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Əminəm ki, builki tədbir də təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı fikir və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olacaqdır.
Bu gün dünya sürətli və mürəkkəb dəyişikliklər dövrünü yaşayır. Beynəlxalq münasibətlər sistemində baş verən proseslər, geosiyasi rəqabətin kəskinləşməsi, müxtəlif regionlarda davam edən münaqişələr və qarşıdurmalar qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir. Etimad böhranının kəskinləşməsi və qarşılıqlı anlaşmanın çətinləşməsi milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini və beynəlxalq sabitliyin qorunmasını bütün ölkələrin qarşısında duran fundamental və təxirəsalınmaz prioritetə çevirir.
Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir. Müasir çağırışların miqyası və təhdidedici xarakteri qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, çevik və əlaqələndirilmiş yanaşmaların tətbiqini zəruri edir. Çünki təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır. Hər hansı bir regionda meydana gələn böhran və ya gərginlik ocağı qısa müddət ərzində digər regionlara təsir göstərə, siyasi və iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə xələl gətirə, nəqliyyat və kommunikasiya əlaqələrində ciddi fəsadlara yol aça bilir. Terrorçuluq və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, qanunsuz silah və narkotik dövriyyəsi, kibercinayətkarlıq və digər transsərhəd təhdidlər də məhz bu qarşılıqlı bağlılıqdan istifadə edərək daha mürəkkəb xarakter alır.
Xüsusilə müasir texnologiyaların və yeni imkanların terrorçuluğun fəaliyyət dairəsinin genişləndirilməsi üçün istifadə olunması ciddi narahatlıq doğurur. Rəqəmsal imkanlardan, o cümlədən süni intellektin bədniyyətli istifadəsi radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə mənbələrinin genişlənməsinə və yeni tərəfdarların cəlb edilməsinə təkan verərək terrorçuluğa qarşı mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır. Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır.
Təhlükəsizliyin etibarlı təmin olunması üçün yalnız mövcud təhdidlər və onların nəticələri ilə mübarizə aparmaq deyil, riskləri əvvəlcədən müəyyən etmək və onların qarşısını vaxtında almaq vacibdir. Bunun üçün dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, təhlükəsizlik orqanları arasında peşəkar əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı məlumat mübadiləsinin effektivliyinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, açıq və etibarlı dialoq əsasında qurulan tərəfdaşlıqlar ən mürəkkəb təhlükəsizlik çağırışlarının belə daha çevik və effektiv şəkildə qarşısının alınmasına imkan yaradır.
Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini əsas prioritetlərdən hesab edir. Ölkəmiz müxtəlif beynəlxalq və regional platformalarda təhlükəsizlik məsələləri ilə bağlı dialoqun təşviqinə, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə mühüm əhəmiyyət verir. Bakı Təhlükəsizlik Forumunun keçirilməsi də bu məqsədlərə xidmət edərək konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsinə şərait yaradır.
Əminəm ki, builki Forum çərçivəsində aparılacaq müzakirələr müasir qlobal təhlükəsizlik çağırışlarının daha dərindən dərk edilməsinə, onların qarşısının alınması istiqamətində yeni yanaşmaların müəyyənləşdirilməsinə, xüsusi xidmət və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsinə şərait yaradacaq, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə və gələcək nəsillər naminə daha sabit və təhlükəsiz dünyanın formalaşdırılmasına xidmət edəcəkdir.
IV Bakı Təhlükəsizlik Forumunun işinə uğurlar, bütün iştirakçılarına isə səmərəli müzakirələr və məhsuldar əməkdaşlıq arzulayıram".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Mətləb Salahov: “Azərbaycan 23 saatlıq antiterror əməliyatı ilə bölgədə separatizm presedentinə birdəfəlik son qoydu”
Bugün, 14:06 SİYASƏT
-
PREZİDENT YÜKSƏK VƏZİFƏLİLƏRİ TOPLADI - Müşavirədəki çıxışlar + FOTOLAR (YENİLƏNİB)
Bugün, 13:58 GÜNDƏM
-
DİN bu vəzifələrə işçi axtarır
Bugün, 13:21 CƏMİYYƏT
-
İsrail Qəzzada yeni əməliyyata başlayıb, ölənlər var
Bugün, 13:11 DÜNYA
-
Özgür Özəl üçün böyük şok - Bələdiyyə sədri gözlənilməz qərar verdi
Bugün, 12:58 DÜNYA
-
“Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Bugün, 12:54 KRİMİNAL
-
Mərkəzi Bank bu qurumu cərimələdi
Bugün, 12:45 İQTİSADİYYAT
-
"Rabitəbank" ASC-yə icrası məcburi sərəncam verildi
Bugün, 12:38 İQTİSADİYYAT
-
İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət göndərdi - MƏTN
Bugün, 12:35 GÜNDƏM
-
Azər Qasımovun qardaşının işi yenə təxirə düşdü - Hakim və prokurordan sərt reaksiya
Bugün, 12:25 SİYASƏT
-
Mauro İkardinin sürücülük vəsiqəsi "radar"a düşüb? - AÇIQLAMA
Bugün, 12:12 İDMAN
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:10 CƏMİYYƏT
-
“Azərbaycan Dəmir Yolları”nda növbəti təyinatlar - Rövşən Rüstəmov kimləri vəzifəyə təyin etdi? + FOTO
Bugün, 12:04 CƏMİYYƏT
-
Milli Məclisdə daha bir sahə üzrə dinləmə keçiriləcək
Bugün, 11:47 GÜNDƏM
-
BAKIDA POLİSƏ SİLAHLI MÜQAVİMƏT GÖSTƏRƏN KEÇMİŞ MƏHKUM VURULDU - DİN açıqlama yaydı
Bugün, 11:47 KRİMİNAL
-
Keçmiş deputatdan Ərdoğana maraqlı çağırış: "Ətrafındakı adamları falakaya yatır və döy"
Bugün, 11:21 SİYASƏT
-
Bakıda bu məktəblər distant təhsilə keçdi
Bugün, 11:08 GÜNDƏM
-
Bakıda və Abşeron yarımadasında tozlu hava ilə bağlı - Açıqlama
Bugün, 10:59 GÜNDƏM
-
“Fərəh söyüş söyüb, mənim nə günahım var?” – Efir qadağasına etiraz edir
Bugün, 10:48 PRESS
-
AZAL-da daha bir dəyişiklik oldu
Bugün, 10:40 CƏMİYYƏT
-
"Trump TV" kanalı açıldı - Ağ Evin rəsmi xəbərləri bu kanalda yayımlanacaq
Bugün, 10:27 PRESS
-
Türkiyədə məktəbə hücum olub - Bir şagird ölüb, yaralılar var (Yenilənib)
Bugün, 10:26 GÜNDƏM
-
Bilgəhdə dənizdə batan gənclərin meyiti tapılıb
Bugün, 10:15 CƏMİYYƏT
-
İran XİN başçısı: "Burada da mövqeyimizi ləyaqətli müdafiə edəcəyik"
Bugün, 09:57 DÜNYA
-
Məhəmməd Salahın sürücülük vəsiqəsi etibardan salındı - Hücumçu böyük məbləğdə cərimələndi
Bugün, 09:52 İDMAN
-
Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı - Qara qızılın qiyməti neçəyədir?
Bugün, 09:52 İQTİSADİYYAT
-
Danışıqlar rəsmi olaraq başladı - Əbədi rəqibdən sürpriz təklif...
Bugün, 09:24 İDMAN
-
"Tovuz-Turan"ın prezidenti klubdan gedir: "Çox təəssüf ki, axırda Ehtiram bəyi də iyrəndirdilər" - Jurnalist elə şeylər yazdı ki....
Bugün, 09:16 YAZARLAR
-
Maştağada evdə partlayış: iki nəfər yaralanıb
Bugün, 09:08 CƏMİYYƏT
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıl... - QARABAĞA YENİ KÖÇ YOLA SALINDI
Bugün, 09:05 GÜNDƏM
-
"Qalatasaray" prezidenti baş məşqçi ilə bağlı qərarını açıqladı
Bugün, 09:03 İDMAN
-
Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Paşinyan
Bugün, 00:34 SİYASƏT
-
Məşhur aktrisanın ölkədən çıxışına qadağa qoyuldu
Bugün, 00:21 MƏDƏNİYYƏT
-
TÜRKİYƏ UNİVERSİTETLƏRİNƏ ŞOK: 110 min yer boş qalıb, 30 mindən çox isə... - Azərbaycandan qardaş ölkə üniversitetlərinə axın niyə azalır?
Bugün, 00:10 GÜNDƏM