“Azərbaycan Dəmir Yolları”nda növbəti təyinatlar - Rövşən Rüstəmov kimləri vəzifəyə təyin etdi? + FOTO 

“Azərbaycan Dəmir Yolları”nda növbəti təyinatlar - Rövşən Rüstəmov kimləri vəzifəyə təyin etdi? + FOTO 

CƏMİYYƏT

Bugün, 12:04

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də yeni təyinatlar olub.

Mia.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmrlər imzalayıb.

Bildirilib ki, Kəmalə Hüseynova İnsan resursları departamentinin İşçilərlə əlaqələr şöbəsinin müdiri, Vüqar Səməndov isə Maliyyə departamentinin müdir müavini vəzifəsinə təyin olunublar.

Qeyd edək ki, yeni təyinatadək K.Hüseynova İnsan resursları departamentində İstedadların idarə edilməsi şöbəsinin müdir müavini vəzifəsində çalışıb. V.Səməndov isə bu təyinata qədər "Cib Kapital İnvestisiya Şirkəti"ndə Mühasibatlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR