Kəlbəcərli şair Prezident İlham Əliyevə müraciət ünvanlayıb: "Cavid Qurbanovun fəaliyyətini yoxlatdırın..."

Kəlbəcərli şair Prezident İlham Əliyevə müraciət ünvanlayıb: \"Cavid Qurbanovun fəaliyyətini yoxlatdırın...\"

CƏMİYYƏT

Bugün, 13:52

Kəlbəcərli şair Səxavət Kəlbəcərli Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə Feysbuk-dakı səhifəsində müraciət ünvanlayıb.

O, bu barədə Mia.az-a da müraciət edərək, müraciətinin saytda yayımlanmasını xahiş edib.

 Müraciətdə deyilir:

Möhtərəm cənab Prezident!

Bizim çalışdığımız əsas məqsəd Sizin məqsədyönlü siyasətinizə xələl gətirən, dövlətimizin inkişafına və xalqımızın mənafeyinə zərər vuran insanların qanun qarşısında cavab verməsidir.
Siz bizi otuz ildən sonra doğma torpaqlarımıza qovuşdurdunuz. Bu tarixi Zəfəri bir şair kimi heç vaxt unutmayacağam. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması xalqımızın tarixində əbədi yaşayacaq böyük hadisədir.
Məhz buna görə hesab edirəm ki, dövlətimizin əldə etdiyi bu tarixi nailiyyətlərə xələl gətirə biləcək hər hansı qanunsuzluq və dövlət vəsaitlərinin mənimsənilməsi iddiaları da obyektiv şəkildə araşdırılmalıdır.
Ramiz Mehdiyev barəsində dövlətə xəyanət, dövlət hakimiyyətini zorla ələ keçirməyə cəhd, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittihamların irəli sürülməsi fonunda digər yüksək vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı da hüquqi araşdırmalar aparılmasını xahiş edirəm.
Cavid Qurbanovun uzun illər ərzində yüksək dövlət vəzifələrində çalışması nəzərə alınaraq, onun həmin vəzifələrdə fəaliyyəti, dövlət vəsaitlərindən istifadə etməsi və sərvətinin formalaşma mənbələri hərtərəfli araşdırılmalıdır.
Xüsusilə dövlət vəzifəsindən sui-istifadə etməklə dövlət vəsaitlərinin mənimsənilib-mənimsənilmədiyi, böyük biznes və əmlak sərvətinin hansı mənbələr hesabına formalaşdığı və xarici ölkələrdə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində olduğu bildirilən əmlakların qanuni gəlirlərlə uyğunluğu müəyyən edilməlidir.
Mənim əsas sualım budur: Ramiz Mehdiyev barəsində dövlət hakimiyyətini zorla ələ keçirmə ittihamından başqa vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması kimi digər hüquqi istiqamətlər üzrə də ittihamlar irəli sürülürsə, Cavid Qurbanov barəsində də, əgər araşdırma zamanı dövlət vəsaitlərinin mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə faktları təsdiqlənərsə, həmin maddələr üzrə cinayət işi başlanılması və hüquqi qiymət verilməsi təmin edilməlidir.
Heç bir şəxsin məhkəmə hökmü olmadan təqsirli elan edilməsini istəmirəm. Tələbim yalnız budur ki, yüksək vəzifələrdə çalışmış şəxslərin fəaliyyəti və sərvətlərinin mənşəyi qanun qarşısında obyektiv, şəffaf və eyni prinsiplər əsasında araşdırılsın.
Hörmətlə,
Səxavət Kəlbəcərli".
P.S. Müraciətə qarşı tərəfin də mövqeyini əlavə etməyə hazırıq!

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR