Rusiyada parlament seçkisi: Putinin partiyası 1-ci, kommunistlər ikinci...

Rusiyada parlament seçkisi: Putinin partiyası 1-ci, kommunistlər ikinci...

SİYASƏT

Bugün, 10:35

Rusiyada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Mia.az Rusiya mediasına istinadla xəbər verir ki, ilkin nəticəyə əsasən,  Vladimir Putinin lideri olduğu Vahid Rusiya Partiyası səslərin 49,4 faizi ilə birinci, Kommunist Partiyası isə 14,2 faizi ilə ikinci yerə sahiblənib.

Məlumata görə, Ukrayna ilə müharibə fonunda baş tutan parlament seçkilərində seçici fəallığı 55 faiz  səviyyəsində olub: "Digər partiyaların qazandığı ssəər isə belədir:

- Liberal Demokrat Partiyası 10,7%,

-Yeni Xalq Partiyası 9,7%

- Ədalətli Rusiya Partiyası 6,6% səs toplayıb

Digər partiyalar parlamentdə düşmək üçün 5%-lik həddi aşa bilməyiblər".

Samir Musayev

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR