Husilər Ər-Riyadda hücum edib: "Məkkəyə hücum bizlik deyildi, bu isə..." - Səudiyyə isə qruplaşmanı mülki əhalini hədəf almaqda ittiham edir

Husilər Ər-Riyadda hücum edib: \"Məkkəyə hücum bizlik deyildi, bu isə...\" - Səudiyyə isə qruplaşmanı mülki əhalini hədəf almaqda ittiham edir

DÜNYA

Bugün, 16:47

Yəməndəki Husi üsyançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda zərbələr endiriblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Yəməndəki İran tərəfindən dəstəklənən Husi qruplaşması bəyanat yayıb.

Bildirilib ki, Ər-Riyadda "kritik əraziləri" və Yanbu bölgəsindəki "Aramco" neft şirkətinə aid obyektlər raket və dronlarla vurulub.

Bu barədə video açıqlama yayan  Husilərin sözçüsü Yəhya Seri faktı təsdiqləyib. O, açıqlamasının əvvəlində 15 sentyabrda Məkkə yaxınlığında havada zərərsizləşdirilən dronun onlara məxsus olmadığını bir daha təkrarlayıb: "O hücum Husilərə qarşı təxribat olmaqla, müqəddəs hərəkatımıza kölgə düşürmək məqsədi daşıyırdı. O hücum qətiyyən bizlik olmayıb. Lakin Ər-Riyad və ona məxsus neft şirkətlərinə zərbələri təsdiq edirik. Bu, Səudiyyə Ərəbistanının liderlik etdiyi Ərəb Koalisiyasına məxsus Xamis Muşayt və Taif hava bazalarından indiyə qədər Yəmənə qarşı 732 hava hücumuna cavabdır. Biz bu hücumlarda əsla mülki hədəfləri vurmuruq. Yalnız Səudiyyədəki hərbi və yanacaq məkanlarını vururuq".

Səudiyyə Ərəbistanı Husilərin Riyada ballistik raket və droanlarla hücum etdiyini təsdiqləyib. İddia olunub ki, ballistik raket hava qüvvələri tərəfindən zərərsizləşdirilib.

Ər-Riyad hökuməti Husilərin Riyadda mülki şəxsləri və mülki hədəfləri hədəf aldıqlarını açqılayıb.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR