QULU AĞSƏSİN YENİ ŞEİRİ... - VİDEO

QULU AĞSƏSİN YENİ ŞEİRİ... - VİDEO

MƏDƏNİYYƏT

Bugün, 13:31

Qulu AĞSƏS

***

Yazmaq

bu dünyadan

ürəyinin başını götürüb getməkdi,

və bir də:

maneələri dəf etməkdi,

dəfn etməkdi,

         ağrını, acını,

illərin qara yuyub

         ağ sərdliyi saçını...

Yaxşı-yaxşı bax:

bircə rəng var –

                    Ağ!

Qara – ağ rəngin şərlənməyidi,

göy – şənlənməyidi,

sarı – həsrətidi,

qırmızı – ismət,

yaşıl – qəhətdi, qəhət!

Bilirsən, nədi ölmək? –

yerə baxıb

         yeri görmək,

göyə baxıb

          yeri görmək...

Bu da təkamülün

           növbəti dərsliyi:

dominonu qocalar şövqlə qarışdırır

onda bilinmir əllərinin əsdiyi.

Kasıblar Hacdı,

varlılar hacıdı,

cinayət məcəlləsindəki

bütün maddələr partlayıcıdı...

Kimin nə vecinə?

insan bir vaxtlar

"hara" sualına

          cavab verirdi,

sonra "kim",

indi "nə"...

Bunu da qeyd elə bir kənara

yuxusuz gecələrdə

çox həsəd aparmışam

güllə altında yatanlara...

Uzun ya qısa

şeirlərimə tarix yazmıram,

istəyirəm özləri tarix yaza...

28 avqust 2026

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR