Deputat: "Qiymət artırılırsa, keyfiyyət də artırılmalıdır, əgər bu qədər pul ödəyirəmsə, niyə mənim telefonum donmalıdır?"

Deputat: \"Qiymət artırılırsa, keyfiyyət də artırılmalıdır, əgər bu qədər pul ödəyirəmsə, niyə mənim telefonum donmalıdır?\" 

CƏMİYYƏT

Bugün, 15:12

“Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da internetin keyfiyyətinin yüksək olması vacibdir. Artıq internet bizim həyatımızın tərkib hissəsidir, internetlə yaşayırıq. Süni intellekt dönəmində buna daha çox tələbat var. Xüsusilə,  orta, həm də ali məktəblərdə təhsil sahəsində internetə tələbat böyükdür. Bu baxımdan, şagirdlər və tələbələr üçün internet əlçatan olmalıdır. İstəməzdim ki, internetin xidmətləri bahalaşsın, qiymət artırılırsa, keyfiyyət də artırılmalıdır. Bu qədər pul ödəyirəmsə, niyə mənim telefonum donmalıdır, müsahibələrim, danışıqlarım yarıda kəsilməlidir? Bəzi yerlərdə televiziyalar internetlə işləyir. Görürsən ki, yayım da dayanır, donur. Belə problemlər var. Keyfiyyət yuxarı olmalıdır”.

Mia.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

 Deputat bildirib ki, Azərbaycanda artıq rayonlarla yanaşı, ucqar kəndlərdə də internetdən istifadə edirlər: “Bəzi ərazilərdə keyfiyyət yüksək olsa da, müəyyən ərazilərdə aşağıdır. Təbii ki, bu cür çatışmazlıqları ortadan götürsələr, yaxşı olar. Əlbəttə, xarici ölkələrə səfərlər zamanı görürəm ki, dünyanın bəzi yerlərində internet zəif, yaxud sürəti yüksək olur. Dünyada proseslər sürətlə dəyişir və hazırda internet bizim üçün ən mühüm istifadə vasitələrdən biridir”. 

Qeyd edək ki, oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR