Kadir İnanırın vəsiyyətnaməsinin oxunması təxirə salındı - 28 iddiaçı var

Kadir İnanırın vəsiyyətnaməsinin oxunması təxirə salındı - 28 iddiaçı var

MƏDƏNİYYƏT

Bugün, 00:15

Türkiyəli mərhum aktyoru Kadir İnanırın vəsiyyətnaməsinin oxunması təxirə salınıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  İnanırın mirasının böyük bir hissəsini həyat yoldaşı Jülide Kurala buraxdığı iddia edilsə də, onun sonradan öz qohumlardan ibarət 28 varisi də ortaya çıxıb.

Məlumata görə, Kadir İnanırın 28 qohumunun hər biri onun mal-mülkünə iddalı olduqlarını açıqlayıblar: "Onun  son vəsiyyətnamədə onun aktivlərinin əksəriyyəti 27 illik həyat yoldaşı Jülide Kurala qalıb. O, vəfat etdikdən sonra isə aktivləri insan haqları dərnəkləri və təhsil müəssisələri arasında bölüşdürüləcək".

Xəbərdə deyilir ki, Kadir İnanırın 11 qardaşından yalnız biri sağdır və o, eyni zamanda digər qardaşlarının ailəsi də mirasdan pay istəyir: "Dünən nəzərdə tutulan vəsiyyət açıqlanma mərasimi bəzi qohumların sənədlərində çatışmazlıq olduğundan 17 dekabr 2026-cı ilədək təxirə salınıb. Həmin günü vəsiyyət açıqlanacaq".

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR