AZAL-ın keçmiş prezidentinin qızı xaricdə bahalı əmlak alıb - 7,5 milyon dollara

AZAL-ın keçmiş prezidentinin qızı xaricdə bahalı əmlak alıb - 7,5 milyon dollara

SİYASƏT

Bugün, 08:55

"Dövlət subsidiyaları ilə idarə olunan AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızı Məlahət (Mila) Əsgərova bu ili iyunun 30-da Çelsidə Duqlas Kent Uolladan 7,5 milyon dollara əmlak alıb".

Mia.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli feysbuk-dak səhifəsində yazıb.

O bildirib ki, söhbət Manhettenin Chelsea rayonunda, 543 West 25th Street ünvanında yerləşən iki kommersiya tipli obyektdən gedir: "Cahangir Əsgərovun qızı əmlakı sahibi olduğu MRCRI Prop LLC adlı şirkəti vasitəsilə alıb. Satıcı isə Duqlas Uollanın sahibi olduğu Marlborough Gallery ilə əlaqəli Marlborough Real Estate LLC olub. Ümumi sahə 434.6 kvadrat metrdir. Əmlak biznes istifadəsi, böyük ehtimalla Gazelli Art House üçün alınıb.

Duqlas Uolla Nyu-York incəsənət bazarında uzun tarixçəsi olan qalereya rəhbəri və kuratordur".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR