Türkiyədə su anbarına axan çayda minlərlə ölü balıq aşkarlandı - Əhali təşvişə düşüb

Türkiyədə su anbarına axan çayda minlərlə ölü balıq aşkarlandı - Əhali təşvişə düşüb

DÜNYA

Bugün, 09:00

Türkiyənin böyük şəhərlərindən olan Bursanı içməli su ilə təmin edən Çinarcıka nəhəng su anbarına  axan Kocasu çayında minlərlə balıq ölüsü aşkarlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sazan və digər balıq növlərinin nədən ölməsi bölgədə böyük təşviş yaradıb.

Şəhərə bağlı olan Orhanelidəki Karıncalı məhəlləsinin muxtarı Mehmet Çakır Bursa əhalisinin su içdiyi anbarda təcili araşdırma aparılmasını tələb edib: "Bu, qaçılmaz və təcili yeriə yetirilməsi br tələbdir. Allah uzaq eləsin, çaydakı balıqlar zəhərdən qırılıbsa, bu suyun anbara axdığını nəzərə alsaq, əhalinin hansı təhlükələrlə üz-üzə qalmasını izah etməyə dəyməz..."

Məlumata görə, bölgədən artan çağırşlardan sonra Bursa Böyükşəhər Bələdiyyəsi və müvafiq qurumlar ərazidə araşdırmaya başlayıb, su mənbəyindən nümunələr götürülüb: "Nəticələr tezliklə elan olunacaq".

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR