Müsavatdan kütləvi istefaya reaksiya

img

16-10-2014 [11:46]


Tovuz Rayon təşkilatının üzvlərinin istefası ilə bağlı partiyaya heç bir sənəd daxil olmayıb.

Mia.az xəbər verir ki, bu sözləri "Qafqazinfo”ya açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib.

O bildirib ki, təşkilat şöbəsi məsələni dəqiqləşdirəndən sonra ona münasibət bildiriləcək: "Əgər istefa məsələsi dəqiqləşsə, buna təəssüflənməkdən başqa yolumuz yoxdur. Onlar şikayət ərizəsi təqdim ediblər. Baxılmasını gözləyirlər. Şikayətin ərizəsinin nəticəsini gözləmədən belə bəyanat verilməsi təbii ki, bizi təəccübləndirir. Onlar bəyanatlarında qurultayda saxtakarlıqların olması barədə ittihamlar irəli sürüblər. Qubad İbadoğlunu dəstəklədiyini bildirirlər. Q. İbadoğlu da bildirib ki, baş verən hadisələlərlə bağlı şikayət ərizəsi verib. Həmin ərizə də partiyanın Nəzarət Təftiş Komissiyası tərəfindən qəbul olunub və onun araşdırılmasına başlanılıb. Araşdırmanın nəticəsinin gözləmədən belə bir bəyanatın verilməsi təəssüfləndiricidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA