BU BANKLARDAN ŞİKAYƏTLƏR ARTIB - Siyahı

BU BANKLARDAN ŞİKAYƏTLƏR ARTIB - Siyahı

İQTİSADİYYAT

Bugün, 13:08

“Yelo Bank” ASC-də müştərilərin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksi avqust ayında kəskin yüksəlib.

“Yelo Bank”ın şikayət indeksi bir ayda 1,77-dən 2,51-ə yüksəlib. Bu, təxminən 42% artım deməkdir.

Nəticədə iyulda siyahıda ikinci olan “Yelo Bank” avqustda banklar arasında ən yüksək şikayət indeksinə malik bank olub. Üstəlik, Bank avqust üzrə “yüksək şikayət indeksi” kateqoriyasına daxil edilən yeganə bankdır.

Şikayət indeksində nəzərəçarpacaq pisləşmə “Expressbank”da da qeydə alınıb. Bankın göstəricisi bir ay ərzində 0,71-dən 1,18-ə yüksəlib ki, bu da təxminən 66% artım deməkdir. Bununla “Expressbank” iyuldakı 13-cü yerdən avqustda 5-ci yerə yüksəlib.

“Yapı Kredi Bank Azərbaycan”da 1,40-dan 1,71-ə – 22%, “Kapital Bank”da isə 0,86-dan 1,02-yə – təxminən 19% artıb.

Əksinə, bəzi banklarda vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. İyulda 1,95 göstərici ilə siyahıya başçılıq edən “Unibank”da indeks avqustda 1,64-ə enib və Bank dördüncü yerə düşüb.

Ən böyük yaxşılaşmalardan biri “Rabitəbank”da qeydə alınıb. Bankın şikayət indeksi 1,62-dən 0,75-ə düşərək təxminən 54% azalıb. Bunun nəticəsində “Rabitəbank” siyahıda 3-cü yerdən 12-ci yerə geriləyib.

“Azər-Türk Bank”da indeks 1,18-dən 0,84-ə, “Bank Respublika”da 1,35-dən 1,07-yə, Azərbaycan Beynəlxalq Bankında isə 0,95-dən 0,83-ə enib.

Avqustda ən aşağı şikayət indeksi “Bank VTB Azərbaycan”da – 0,24 olub. İyulda bu göstərici 0,34 idi.

Maraqlıdır ki, “PAŞA Bank”ın göstəricisi aşağı səviyyədə qalsa da, bir ayda 0,29-dan 0,47-yə yüksəlib. “AFB Bank”da isə indeks dəyişməyərək 0,47 olub. 

İyul siyahısında 0,76 göstərici ilə yer alan “Premium Bank” isə avqust üzrə açıqlanan cədvəldə yer almayıb.

 Qeyd edək ki, şikayət indeksi banklara daxil olan şikayətlərin sadəcə sayını deyil, xüsusi metodologiya əsasında hesablanan müqayisəli göstəricini əks etdirir. Buna görə indeksdəki, məsələn, 42%-lik artım şikayətlərin faktiki sayının da 42% artması anlamına gəlmir.( Plat.az)

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR