Deputat: "Allahla kimsə müqavilə bağlayıb ki, nə vaxt vəfat edəcək?"

Deputat: \"Allahla kimsə müqavilə bağlayıb ki, nə vaxt vəfat edəcək?\"

MƏDƏNİYYƏT

Bugün, 15:26

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas 80 yaşlı Xalq artisti Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilməsi ilə bağlı qərarın tənqid edilməsinə münasibət bildirib.

Mia.az xəbər verir ki, deputat bu barədə Pravda.az-a açıqlamasında qərarı müsbət qarşıladığını deyib.

“Sədr olaraq başqa kimi gözləyirdilər, bilmirəm. Şəfiqə xanım bu vəzifəyə layiq insandır, böyük aktrisadır, ziyalı, savadlı xanımdır. Yaşla bağlamaq olmaz axı. Bəlkə Allah Şəfiqə xanıma ikinci ömür verib? Allahla kimsə müqavilə bağlayıb ki, nə vaxt vəfat edəcək? Bu qərarda elə bir şey yoxdur. Şəfiqə xanımın sədr seçilməsini mən alqışlayıram”, - A.Abbas bildirib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR