Elman Rüstəmov bank sektorundakı təsirini gücləndirir - "Access Bank" "ələ keçirildi"

Elman Rüstəmov bank sektorundakı təsirini gücləndirir - \"Access Bank\" \"ələ keçirildi\"

İQTİSADİYYAT

Bugün, 15:18

Mərkəzi Bankın sabiq sədri, hazırda Baş nazir Əli Əsədiovun müşaviri olan Elman Rüstəmovun sahibi olduğu "Bank Respublika" ASC "Access Bank"ın səhmlərni alıb.

Mia.az xəbər verir ki, bu barədə "Bank Respublika" məlumat yayıb.

Bildirilib ki, əqd çərçivəsində "Access Bank"ın mövcud səhmdarları "Bank Respublika"nın nizamnamə kapitalının ümumilikdə 25 %-ni təşkil edən, yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək "Bank Respublika"nın səhmdarlarına çevriləcəklər.

Birləşmiş bankın cəmi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3 milyard manata çatacaq.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR