"Sabirabad Doğum evində bizdən heç kim pul istəməyib" - Rayon sakini məktub yazdı

img

15-10-2014 [17:23]


Saatlı rayon Qazanbatan kand sakinlari Cavadov Cavad Valeh oğlu və onun atası Həziyev Valeh Təriş oğlu redaksiyamıza müraciət edərək dünən bir sıra xəbər saytlarında onların adlarında gedən xəbərlə bağlı müraciət göndəriblər. 

Onlar öz müraciətlərində Sabirabad rayon Mərkəzi xəstəxanasında Cavadov Cavad Valeh oğlunun həyat yoldaşı Cavadova Könül Tacəddin qızının doğuş zamanı həkimlər tərəfindən pul alınaması ilə bağlı bəzi xəbər saytlarında gedən xəbəri təkzib etdiklərini bildirirlər. Cavadov Cavad Valeh oğlunin atası Həziyev Valeh Təriş oğlunun imzaladığı müraciətdə qeyd olunur ki, oğlunun həyat yoldaşı Cavadova Könül Tacəddin qızı Sabirabad rayon Mərkəzi Xəstəxanasında 38-39 həftəlikdə planlaşdırılmış şəkildə qeysəriyyə əməliyyatı keçirilmiş və əməliyyatdan sonra  ana və uşaq sağlam şəkildə  4-ci sutkadan sonra evə buraxılıblar.  

Ata Valeh Həziyev bildirir ki, cərrahiyə əməliyyatı zamanı xəstəxananın tibbi heyəti ondan, oğlundan və qohumlarından pul istəməyib. 





pia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR