Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazanıb - FOTOLAR
İQTİSADİYYAT
Bugün, 12:36
Şirkətin layihələri iki nüfuzlu beynəlxalq innovasiya tədbirində yüksək nəticələr əldə edib
“Azercell”in texnoloji həlləri ABŞ-də keçirilən “Silicon Valley International Invention Festival” (SVIIF 2026) və Çinin Quançjou şəhərində baş tutan “International Exhibition of Inventions” (IEI 2026) sərgilərində bir sıra mükafatlara layiq görülüb.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, eləcə də bir sıra universitetin dəstəyi ilə nümayəndə heyətimizin qatıldığı SVIIF 2026 və IEI 2026 tədbirləri dünyanın müxtəlif ölkələrindən yüzlərlə innovator və ixtiraçını bir araya gətirib. Belə ki, SVIIF 2026-da 30-dan çox ölkədən 500-dən artıq innovator iştirak edib, IEI 2026 sərgisində isə 29 ölkədən 3700-dən çox ixtira nümayiş etdirilib.
“Azercell”in tədbirlərdə təqdim etdiyi milli həllər telekommunikasiya infrastrukturunun dayanıqlılığının gücləndirilməsi və fövqəladə hallar zamanı etibarlı rabitənin təmin olunması istiqamətində Böhran İdarəetmə Qrupunun (BİQ) fəaliyyəti çərçivəsində hazırlanıb. Şirkətin layihələri qızıl, gümüş və bürünc medallarla yanaşı, xüsusi “Semi-Grand Prix” mükafatı qazanıb.
Ən yüksək nəticə göstərən layihələrdən biri insanların daxil olması çətin və ya təhlükəli olan ərazilərdə axtarış-xilasetmə əməliyyatlarına dəstək üçün hazırlanmış “M.R.S. – Mercy Rescue Snake” olub. Layihə Silikon Vadisində qızıl medal və “Semi-Grand Prix”, Quançjouda isə gümüş medal qazanıb. Daha iki layihə SVIIF 2026-da qızıl medala layiq görülüb. “S.O.N.I.A.” avtonom dron sistemi müxtəlif xilasetmə vasitələrinin vahid platformaya inteqrasiya olunaraq idarə edilməsinə imkan verir. “Cyclowareness” layihəsi isə rəqəmsal təhlükəsizlik və kibertəhlükəsizlik üzrə maarifləndirmənin gücləndirilməsinə yönəlib.
Böhran anlarında telekommunikasiya xidmətlərinin sürətli bərpası və fasiləsizliyinin təmin edilməsi üçün hazırlanmış “Azercell Network Drone Complex” Quançjouda qızıl, Silikon Vadisində isə bürünc medal qazanıb. Texnologiya əsaslı monitorinq və operativ reaksiya vasitəsilə təhlükəsizliyin artırılmasına yönəlmiş “AzercellSafe Environment” həlli isə hər iki tədbirdə gümüş medala layiq görülüb.
“Azercell”in Təhlükəsizlik Departamentinin əməkdaşı Səfərəli Səfərli hər iki beynəlxalq tədbirdə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. Mükafatlandırılan layihələr “Azercell”in süni intellekt, robototexnika, avtonom texnologiyalar və kibertəhlükəsizlik sahəsində hazırladığı həllərin böhran anlarında operativ reaksiya və dayanıqlı rabitənin təmin edilməsində praktiki tətbiqini nümayiş etdirir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident 2027−2032-ci illər üçün Dövlət Proqramı təsdiqlədi
Bugün, 14:31 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi - MƏTN
Bugün, 14:30 GÜNDƏM
-
Prezident BMT ilə birgə layihənin icrası üçün Töhfə Sazişini təsdiqləyib
Bugün, 14:22 GÜNDƏM
-
İSTANBULDA MAFİYALARARASI TOQQUŞMA: Kriminal liderə sui-qəsd planının qarşısı alındı, həbslər var
Bugün, 14:17 KRİMİNAL
-
Emil Binyətzadə 4 oyunluq cəza alıb
Bugün, 14:00 İDMAN
-
Özgür Özəl Ərdoğana təzminat ödəyəcək - Məhkəmə qərarı
Bugün, 13:32 SİYASƏT
-
Qara dənizdə azərbaycanlıların olduğu daha bir gəmiyə hücum olub, iki nəfər ölüb - XİN bəyanat yaydı
Bugün, 13:20 GÜNDƏM
-
Baş nazir Əli Əsədov yeni qərar imzayıb
Bugün, 13:09 GÜNDƏM
-
İrandan Azərbaycana 84 kiloqramdan çox narkotik keçirmək istəyiblər
Bugün, 12:53 KRİMİNAL
-
Kəşfiyyatçının 15 il əvvəl həbsxanadakı sirli ölümü: saxlanılanların sayı 19-a çatdı - Sabah məzarı açılır
Bugün, 12:49 SİYASƏT
-
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazanıb - FOTOLAR
Bugün, 12:36 İQTİSADİYYAT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:34 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Baş katibinə məktub ünvanlayıb - MƏTN
Bugün, 12:28 GÜNDƏM
-
Milli Xalça Muzeyində Nərmin Nəcəffin “NAR əfsanəsi” fərdi sərgisi açılıb - FOTOLAR
Bugün, 12:22 MƏDƏNİYYƏT
-
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
Bugün, 12:18 CƏMİYYƏT
-
“Expargo” kargo şirkəti və "Temu"dan növbəti şikayət: kobud cavab, qaytarılmayan vəsait və... - "Qalan məhsullarımın harada olduğu məlum deyil"
Bugün, 12:09 İQTİSADİYYAT
-
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında - FOTOLAR
Bugün, 12:01 GÜNDƏM
-
HƏBSDƏ OLAN İCRA BAŞÇISININ MÜSADİRƏ OLUNAN MAŞINLARI... - Kim alıb?
Bugün, 11:42 SİYASƏT
-
Sabiq Baş konsula cinayət işi açıldı - Qaçaqmalçılıq ittihamı ilə
Bugün, 11:29 GÜNDƏM
-
Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda tədarük edilib
Bugün, 11:15 İQTİSADİYYAT
-
ONLARIN MAAŞI BELƏ ARTIRILACAQ - Prezident yeni qaydaları təsdiqlədi
Bugün, 11:06 GÜNDƏM
-
İsraildən Türkiyədə gözlənilmz jest: Ermnistandakı keçmiş səfiri Ankaraya göndərdi - 3 il sonra yeni mərhələyə hazırlıq başlayır?
Bugün, 11:04 SİYASƏT
-
İKİ APARICI AYNA-dan ŞİKAYƏTLƏNİR: "Camaatın narazılığını nəzərə alın” - Ekspert şərhi
Bugün, 10:47 CƏMİYYƏT
-
"Unibank"da qul və ya həbsxana rejimi var? - 3 əməkdaşa görə 11 nəfər qapı arxasına qoyulur!
Bugün, 10:36 İQTİSADİYYAT
-
Xəzərdə zəlzələ olub
Bugün, 10:27 GÜNDƏM
-
"Qalatasaray"ın baş məşqçisi məğlubiyyətin günahkarını tapdı: "...matçı evdən izləyirdi..." - "Ayağa qalxmalıyıq"
Bugün, 10:22 İDMAN
-
ƏRDOĞANLA YAVAŞIN QAPALI GÖRÜŞÜ: sirlər açılır
Bugün, 10:09 SİYASƏT
-
Agentliyin əməkdaşı Xocalıda minaya düşüb - AÇIQLAMA (YENİLƏNİB)
Bugün, 09:54 GÜNDƏM
-
Milli Məclisin komitələri öz işinə başlayır
Bugün, 09:32 GÜNDƏM
-
Şəkidə dəhşətli faciə: istirahət mərkəzində "tros" qırıldı və... - İki nəfərin öldüyü mərkəz məşhur iş adamına məxsusdur - Cinayət işi açıldı (YENİLƏNİB)
Bugün, 09:25 GÜNDƏM
-
Azərbaycan nefti daha 5 dollar qalxdı - Qara qızılın qiyməti 113 dolları ötdü
Bugün, 09:11 İQTİSADİYYAT
-
Cəbrayıla daha 154 nəfər köçürülüb
Bugün, 09:00 CƏMİYYƏT
-
Çempionlar Liqası: "Qalatasaray" uduzdu
Bugün, 01:00 İDMAN
-
Baş nazir Suriyada Hermon dağının zirvəsinə qalxdı, bölgə ölkələrini təhdid etdi: "Bütün ox sonda çökəcək"
Bugün, 00:34 GÜNDƏM