“Expargo” kargo şirkəti və "Temu"dan növbəti şikayət: kobud cavab, qaytarılmayan vəsait və... - "Qalan məhsullarımın harada olduğu məlum deyil"

“Expargo” kargo şirkəti və \"Temu\"dan növbəti şikayət: kobud cavab, qaytarılmayan vəsait və... - \"Qalan məhsullarımın harada olduğu məlum deyil\"

İQTİSADİYYAT

Bugün, 12:09

"Mən “Expargo” kargo şirkətinin Həzi Aslanov filialından və ümumilikdə müştəri xidmətindən şikayət edirəm. 25 avqust 2026-cı il tarixində Temu-dan aldığım məhsulları geri qaytarmaq üçün “Expargo”nun Həzi Aslanov filialına iki ayrı bağlama şəklində tam şəkildə təhvil vermişəm. Məhsulların ümumi dəyəri 240 AZN-dən çox olub. Bağlamalar filial əməkdaşları tərəfindən qəbul edilib".

Bunu MİA.AZ-a adının saytda halllanmasını istəməyən Bakı sakini deyib.

Onun sözlərinə görə, məhsullarını geri qaytarmaq üçün tam şəkildə təhvil verdiyi halda, sonradan "Temu" ona bildirib ki, qaytarılan məhsulların bir hissəsi sifarişə uyğun deyil və guya şəxsi əşyalardır:

"Nəticədə 240 AZN-dən çox məhsul qaytardığım halda mənə yalnız təxminən 100–120 AZN məbləğində geri ödəniş edilib. Qalan məhsullarımın harada olduğu isə məlum deyil.

Mən məhsulları “Expargo”ya təhvil verdikdən sonra onların başına nə gəldiyinə nəzarət edə bilmərəm. Buna görə də hesab edirəm ki, şirkət bu məsələyə aydınlıq gətirməli və məhsulların hansı mərhələdə itdiyini müəyyən etməlidir. Əgər söylədiklərində haqlıdırlarsa, bunu sübut etsinlər, əks təqdirdə bu böhtan hesab edilə bilər. Onlardan dəfələrlə iddialarına sübut tələb etdiyim halda bu haqda heç bir dəstək göstərməyəcəklərini bildirmişlər. Əgər səhv istehlakçıdırdadırsa, bunu sübut etsinlər.

25 avqust tarixində Həzi Aslanov filialında kamera görüntülərinin olduğunu düşünürəm. Həmin görüntülər vasitəsilə məhsulların filialda tam şəkildə təhvil verildiyi müəyyən edilə bilər. Bundan başqa, bağlamaların qəbul çəkisi, barkodları, qeydiyyatı və sonrakı logistika hərəkətləri də yoxlanılmalıdır.

Məsələni həll etmək üçün “Expargo”nun qaynar xəttinə, müştəri xidmətinə və birbaşa Həzi Aslanov filialına dəfələrlə müraciət etmişəm. Təəssüf ki, mənə problemi həll etməkdə real köməklik göstərilməyib. Əksinə, qaynar xətt, müştəri xidməti və filial əməkdaşlarının mənimlə danışıq tərzini kobud və qeyri-peşəkar hesab edirəm. Mən sadəcə öz məhsullarımın harada olduğunu öyrənmək və problemimi həll etmək istəyirəm.

Temu-da ilk araşdırma tələbim təqdim edildikdən təxminən 2 dəqiqə sonra ləğv edilib. İki bağlama və onların içindəki məhsulların iki dəqiqə ərzində necə araşdırılıb nəticəyə gəlindiyini də başa düşmürəm. Mənim fikrimcə, məsələ lazımi şəkildə araşdırılmayıb.

“Expargo” ilə bağlı digər istehlakçıların da internetdə çoxsaylı şikayətlərinin olduğunu görürəm. Bu səbəbdən aidiyyəti qurumların şirkətin geri qaytarma xidmətini və müştəri müraciətlərinə münasibətini də araşdırmasını istəyirəm.

Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə də rəsmi şikayət göndərmişəm".

Xatırladaq ki, bu şirkət və "Temu"dan son vaxtlar şikayətlərin sayı artıb.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR